Daxili nəzarət üzrə baş mühəndis (tikinti layihələri üzrə)
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Tikinti və daşınmaz əmlak layihələri üzrə texniki risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsində həyata keçirtmək;
Tikinti layihələri üzrə risk əsaslı monitorinq və yoxlama planlarının hazırlanmasında, habelə onların icrasında iştirak etmək;
Layihə-smeta sənədlərinin, texniki tapşırıqların, iş həcmlərinin (BoQ), tikinti qrafiklərinin və digər texniki sənədlərin təhlilini həyata keçirmək;
Tikinti layihələrində büdcə aşımı, icra müddətlərinin gecikməsi, iş həcmlərinin düzgün müəyyən edilməməsi və keyfiyyət uyğunsuzluqları ilə bağlı riskləri qiymətləndirmək;
Tikinti layihələrinin icra vəziyyətinə dair təqdim edilmiş hesabatların faktiki iş həcmləri, görülmüş iş aktları və digər təsdiqedici sənədlərlə uyğunluğunu yoxlamaq;
Risk əsaslı seçim əsasında tikinti sahələrində yerində monitorinqlər aparmaq, görülmüş işlərin layihə sənədlərinə, texniki tələblərə və təqdim edilmiş hesabatlara uyğunluğunu qiymətləndirmək;
Podratçı və subpodratçıların fəaliyyətində texniki riskləri, işlərin keyfiyyəti və icra vəziyyəti ilə bağlı potensial uyğunsuzluqları müəyyən etmək;
Tikinti proseslərində daxili nəzarət mexanizmlərinin mövcudluğunu, adekvatlığını və effektivliyini qiymətləndirmək, nəzarət boşluqlarının aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
Tikinti işlərinin qüvvədə olan normativ-texniki sənədlərə, layihə tələblərinə, keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun qiymətləndirilməsində iştirak etmək;
Aparılmış monitorinq və yoxlamaların nəticələri üzrə aşkar edilmiş riskləri və uyğunsuzluqları sənədləşdirmək, hesabatların və müvafiq tövsiyələrin hazırlanmasında iştirak etmək;
Müəyyən edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icra vəziyyətini izləmək və onların effektivliyini qiymətləndirmək.
Tələblər
- İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil
- Tikinti, layihələrin texniki nəzarəti, layihə-smeta sənədlərinin təhlili və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi
- Tikinti prosesləri, texnologiyaları, materialları, iş həcmlərinin hesablanması və tikinti keyfiyyətinə nəzarət sahəsində biliklər
- Layihə-smeta sənədləri, BoQ, tikinti qrafikləri, görülmüş iş aktları və texniki hesabatlarla işləmək bacarığı
- Tikinti sahəsində qüvvədə olan normativ-texniki tələblər, tikinti normaları və standartları üzrə biliklər
- Tikinti layihələrində texniki riskləri, uyğunsuzluqları və potensial nəzarət boşluqlarını müəyyən etmək, onların səbəblərini təhlil etmək bacarığı
- Texniki proqramlarla işləmək bacarığı
- Güclü analitik düşünmə, obyektiv qiymətləndirmə və hesabat hazırlamaq bacarığı
- Azərbaycan dilində sərbəst
- Dürüstlük, peşəkar etik davranış, müstəqil mühakimə yürütmək və komanda ilə işləmək bacarığı
Üstünlük hesab olunur
- PE (Professional Mühəndis), PMP (Project Management Professional) və ya ekvivalenti kimi peşəkar sertifikatlara üstünlük verilir
- Risklərin idarə edilməsi, daxili nəzarət, texniki audit və ya tikinti layihələrinin monitorinqi sahəsində iş təcrübəsi üstünlükdür
- İngilis və rus dillərində texniki sənədlərlə işləyə biləcək səviyyədə bilik üstünlükdür
Oxşar elanlar
- Smeta üzrə aparıcı mühəndisAvant Construction · 3 gün əvvəl
- Tikinti rəhbəriPMD Projects MMC · 3 gün əvvəl
- Təmirə Hazırlıq üzrə OperatorBahar Energy Operating Company · 4 gün əvvəl
- Daşınmaz əmlak girovlu kreditlər üzrə mütəxəssis/ aparıcı/ baş mütəxəssisBOKT "İDEAL KREDİT" MMC · 5 gün əvvəl
- Baş plan üzrə mütəxəssisAzərmemarlayihə Dövlət Baş Layihə İnstitutu · 5 gün əvvəl
- Tikinti mühəndisi (Civil Construction Engineer)Amina and S Group · 6 gün əvvəl