Baş plan üzrə mütəxəssis
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Tikinti və layihələndirmə layihələri üzrə baş planların hazırlanmasında iştirak etmək.
Ərazinin mövcud vəziyyətini, relyefini, torpaq sahələrinin xüsusiyyətlərini və yerləşmə imkanlarını təhlil etmək.
Baş plan üzrə ilkin məlumatları toplamaq, sistemləşdirmək və təhlil etmək.
Binaların, qurğuların, yolların, piyada keçidlərinin və digər infrastruktur obyektlərinin yerləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Ərazi üzrə funksional zonalaşdırma və planlaşdırma həllərinin işlənməsində iştirak etmək.
Topoqrafik planlar, geodeziya materialları və digər texniki sənədlərlə işləmək.
AutoCAD və digər layihələndirmə proqramlarından istifadə etməklə çertyoj və planlar hazırlamaq.
Baş plan üzrə layihə sənədlərində müvafiq düzəlişlər və dəyişikliklər aparmaq.
Mühəndis-kommunikasiya xətlərinin, yolların və digər infrastruktur elementlərinin yerləşdirilməsi üzrə aidiyyəti mütəxəssislərlə əməkdaşlıq etmək.
Layihə sənədlərinin qüvvədə olan şəhərsalma və tikinti norma və qaydalarına uyğunluğunun yoxlanılmasında iştirak etmək.
Layihə üzrə texniki sənədlərin hazırlanmasını və arxivləşdirilməsini təmin etmək.
Layihə rəhbəri və baş memarın tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Layihələrin icrası zamanı yaranan texniki məsələlərin həllində iştirak etmək.
Görülmüş işlər barədə müvafiq hesabat və məlumatları hazırlamaq.
Məsuliyyət
Baş plan üzrə mütəxəssis aşağıdakılara görə məsuliyyət daşıyır:
Ona həvalə edilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə;
Hazırladığı çertyoj və layihə materiallarının düzgünlüyünə;
Texniki məlumatların düzgün işlənməsinə;
Layihə sənədlərində aşkar edilən uyğunsuzluqların vaxtında bildirilməsinə;
Sənədlərin düzgün saxlanılması və məxfiliyinin qorunmasına;
Əmək intizamına və müəssisədaxili qaydalara riayət edilməsinə.
Ümumi məlumat:
İş yeri: Bakı şəhəri;
İş rejimi: 5 günlük iş həftəsi/ 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00 – 14:00;
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir;
İşə qəbul: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Memarlıq, şəhərsalma, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali təhsil
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi
- Baş planların hazırlanması və ərazi planlaşdırılması üzrə biliklər
- AutoCAD proqramı üzrə yaxşı səviyyədə bilik
Üstünlük hesab olunur
- Civil 3D, Revit, ArchiCAD və digər layihələndirmə proqramları üzrə biliklər üstünlükdür
Oxşar elanlar
- Smeta üzrə aparıcı mühəndisAvant Construction · 3 gün əvvəl
- Tikinti rəhbəriPMD Projects MMC · 3 gün əvvəl
- Təmirə Hazırlıq üzrə OperatorBahar Energy Operating Company · 4 gün əvvəl
- Daxili nəzarət üzrə baş mühəndis (tikinti layihələri üzrə)PMD Group MMC · 4 gün əvvəl
- Daşınmaz əmlak girovlu kreditlər üzrə mütəxəssis/ aparıcı/ baş mütəxəssisBOKT "İDEAL KREDİT" MMC · 5 gün əvvəl
- Tikinti mühəndisi (Civil Construction Engineer)Amina and S Group · 6 gün əvvəl