Məzmuna keçin
PMD Projects MMC yerləşdirilib

Tikinti rəhbəri

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Tikinti layihələrini konsepsiyadan tamamlanana qədər idarə edilməsi;

Təyin edilmiş layihələrdə hazırlıq, tikinti-quraşdırma, bərpa, təmir, buraxılış-sazlama və istismara təhvil işlərin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə və layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etmək;

İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək;

Ofisdə və tikinti - istehsalat sahəsində işləmək;

Riskləri təhlil edilməsi, idarə edilməsi və azaldılması;

Müqavilələrlə məşğul olmaq və hər hansı bir problemin təsirini azaltmaq;

Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;

Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və vaxt cədvəlinə nəzarət etmək;

İşin icrasını yoxlamaq, tikinti materiallarını yoxlamaq və işçilərin sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmələrini təmin etmək üçün sahə ziyarətlərinin aparılması;

Sahə mühəndislərinə və müvafiq fənn üzrə mütəxəssislərə rəhbərlik etmək, onlara, icra üçün tapşırıqları müəyyən etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;

Müqavilə əsasında layihədə işləyən podrat təşkilatların fəaliyyətini əlaqələndirmək və onlardan icra olunan işləri qəbul etmək;

Tikinti layihələrinin təqvim planlarına riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;

Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək;

Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtibini təmin etmək;

Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;

Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək;

Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;

Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək;

Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;

Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;

Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil: Mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • İş təcrübəsi: Oxşar vəzifədə azı 7 il iş təcrübəsi
  • Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – səlis
  • Kompüter bacarıqları: MS Office, Autocad
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı

Üstünlük hesab olunur

  • Rus dili – arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →