Məzmuna keçin
Unibank Kommersiya Bankı yerləşdirilib

Maddi əmtəə dəyərlərinin uçotu şöbəsinin mütəxəssisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Ölkədaxili və xarici ezamiyyət xərclərini təsdiqedici sənədlər əsasında yoxlamaq və 1C sistemində uçota almaq;

Bankın balansında olan avtomobillərlə bağlı təmir, texniki xidmət, ehtiyat hissələri və yanacaq xərclərinə nəzarət etmək, müvafiq ödənişləri və sənədləşməni təmin etmək, dövri hesabatlar hazırlamaq;

Yeni əldə edilmiş əsas vəsaitlər üzrə sənədləri yoxlamaq, onları 1C sistemində uçota almaq və ilkin cədvəlləri hazırlamaq;

1C sistemində əsas vəsaitlər üzrə struktur bölmələrə uyğun hesabatlar formalaşdırmaq;

Sənədlərin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;

Sənədlərin rəqəmsallaşdırılması, inventarizasiya və digər rutin proseslərin optimallaşdırılmasında iştirak etmək;

Zərurət yarandıqda, bankın filiallarında inventarizasiya aparmaq məqsədilə ölkədaxili ezamiyyətlərdə iştirak etmək.

Tələblər

  • Ölkədaxili ezamiyyətlərə getmək imkanı (filiallarda inventarizasiya işlərinin aparılması məqsədilə)
  • Rus dilini sərbəst bilmək
  • MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı
  • 1C proqramı üzrə biliklər
  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə bakalavr təhsili

Üstünlük hesab olunur

  • İş təcrübəsi arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →