Məzmuna keçin
PMD Group MMC yerləşdirilib

Risklərin idarə edilməsi üzrə təcrübəçi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Biznes prosesləri üzrə potensial risklərin müəyyən edilməsi və qiymətləndirilməsi prosesində mütəxəssislərə dəstək göstərmək;

Risk reyestrlərinin və əsas risk indikatorları (KRI) üzrə məlumatların yenilənməsində iştirak etmək;

Risklərin idarə edilməsi və daxili nəzarət üzrə hesabatların, təqdimatların və analitik cədvəllərin hazırlanması üçün məlumatları toplamaq, təhlil etmək və sistemləşdirmək;

Daxili nəzarət yoxlamaları çərçivəsində müvafiq sənədlərin toplanmasına, yoxlama nümunələrinin seçilməsinə və nəticələrin sənədləşdirilməsinə dəstək vermək;

Daxili qayda və prosedurların hazırlanması, biznes proseslərinin xəritələndirilməsi üzrə işlərdə iştirak etmək;

Audit və daxili nəzarət yoxlamalarının nəticələri əsasında hazırlanmış tədbirlər planlarının icra vəziyyətinin izlənilməsinə və müvafiq məlumatların yenilənməsinə dəstək göstərmək;

Risklərin idarə edilməsi və daxili nəzarət sahəsi üzrə qanunvericiliyi, daxili normativ sənədləri və beynəlxalq standartları araşdırmaq;

Şöbənin gündəlik əməliyyat, analitik və inzibati fəaliyyətinə dəstək göstərmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, audit və ya əlaqəli ixtisaslar üzrə ali təhsil
  • Risklərin idarə edilməsi, daxili nəzarət və audit sahələrinə dair ilkin biliklərə malik olmaq
  • MS Excel, Word və PowerPoint proqramlarından istifadə bacarığına malik olmaq
  • Azərbaycan dilini mükəmməl, ingilis yüksək
  • Analitik düşünmə, məlumatlarla işləmə və araşdırma bacarığına malik olmaq

Üstünlük hesab olunur

  • Rus dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →