Vakansiya haqqında
Kampaniyaların POS material bölgüsü barədə brifin hazırlanması və icrasına nəzarət (Bayraqlar, Stendlər Security gate, Kassa üstü A3, Fasad, Gondola headlər, Palet və rəflərdə reklamların sayları və bölgüsü);
Mağazalar üzrə reklam bölgüsünün və post marketinq planının hazırlanması və icrasının koordinasiyası;
Mağazadaxili, mağazadankənar və şəhər ərazisində effektiv reklam məkanlarının və reklam qurğularının müəyyən edilməsi;
Mövcud reklam sahələrinin səmərəli istifadəsi üçün müvafiq müraciətlərin hazırlanması və razılaşdırma prosesinin aparılması;
Mağaza ərazisinin xüsusiyyətlərinə uyğun marketinq kommunikasiyalarının planlaşdırılması və tətbiqinin təmin edilməsi;
Reklam daşıyıcılarının, vizual materialların və digər reklam məhsullarının hazırlanması, yenilənməsi və bərpası üçün sifarişlərin verilməsi;
Reklam məhsullarının quraşdırılması, yenilənməsi və bərpası prosesinə, eləcə də işlərin vaxtında və keyfiyyətli icrasına nəzarət edilməsi;
Reklam işlərinin icrası zamanı mağazalar, satınalma, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
Mağazalara mütəmadi ərazi baxışlarının keçirilməsi, reklam materiallarının mövcud vəziyyətinin və marketinq kommunikasiyalarının düzgün yerləşdirilməsinin yoxlanılması;
Müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi və icranın izlənilməsi;
Yeni açılacaq və yenilənəcək mağazalar üçün reklam yerlərinin müəyyən edilməsi, reklam yerləşdirmə planlarının hazırlanması və tətbiqinin koordinasiyası;
Mağazalarda keçirilən marketinq tədbirlərinin təşkilinə və icrasına dəstək göstərilməsi;
Mağazalarda keçirilən layihələrin və tədbirlərin mağazalar ilə kommunikasiyası və təşkilati dəstək;
Yeni reklam qurğusu barədə satınalmaya müraciətin edilməsi;
ID kartların dizaynı və Kommersiyaya göndərilməsi;
Ehtiyac olduqda mağazadaxili kommunikasiyaların hazırlanmasında dizayn dəstəyi göstərmək (ölçüyə salmaq, master faylları çap şirkətinə təqdim etmək və s.);
Mağazadaxili monitorların və mağazadaxili radiolara nəzarət;
Reklam sahələrinin, reklam məhsullarının və görülmüş işlərin uçotunun aparılması, hesabatların hazırlanması;
Post marketinq fəaliyyətlərinin müəyyən edilmiş brend standartlarına və vizual tələblərə uyğunluğunun təmin edilməsi.
Tələblər
- Ali təhsil
- Azərbaycan dili səlis
- Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi
- MS Office proqramları üzrə biliklər (xüsusilə Excel, Word və PowerPoint)
- Excel-də məlumatların sistemləşdirilməsi, reklam planlarının və hesabatların hazırlanması bacarığı
- PowerPoint vasitəsilə təqdimatların hazırlanması
- Elektron poçt və işgüzar yazışma platformalarından istifadə bacarığı
- Reklam yerləşdirmə planları və vizual materiallarla işləmək bacarığı
Üstünlük hesab olunur
- Rus və ya İngilis dili arzu olunandır
- AutoCAD, Adobe Illustrator və ya digər qrafik proqramlar üzrə biliklər üstünlük hesab olunur
Oxşar elanlar
- SMM & Account ManagerArash Company · 3 gün əvvəl
- Marketinq üzrə Baş mütəxəssisGuven Technology LLC · 4 gün əvvəl
- Marketinq meneceriArash Company · 4 gün əvvəl
- Редактор контента и модераторGun.az · 5 gün əvvəl
- SMM mütəxəssisiRəmzioğlu paxlava · 6 gün əvvəl
- Brend menecer (Hava Limanı)"VİP Xidmətlər Qrupu" MMC · 6 gün əvvəl