Vakansiya haqqında
Arash Company komandası üçün sosial media layihələrinin idarə olunmasını, müştəri hesabları ilə işin koordinasiyasını və rəqəmsal marketinq fəaliyyətlərinin effektiv icrasını təmin edəcək SMM & Account Manager axtarırıq.
Vəzifə öhdəlikləri:
Sosial media hesablarının idarə olunması və kontent strategiyasının icrası;
Müştərilərlə gündəlik kommunikasiyanın qurulması və sorğuların idarə edilməsi;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun marketinq həllərinin təklif olunması;
Foto və video çəkilişlərin, dizayn və kreativ işlərin təşkili;
SMM layihələrinin vaxtında və keyfiyyətlə icrasına nəzarət;
Aylıq hesabatların hazırlanması və təqdim edilməsi;
Komanda üzvləri və digər şöbələrlə iş prosesinin koordinasiyası.
İş şəraiti:
Bakı şəhəri;
Həftənin 5 günü, 09:00–18:00;
Rəsmi əmək müqaviləsi;
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “SMM & Account Manager” qeyd etməklə göndərə bilərsiniz.
Tələblər
- Marketinq, biznesin idarə olunması və ya digər müvafiq sahədə ali təhsil
- SMM və ya Account Management sahəsində minimum 1 il iş təcrübəsi
- Sosial media platformaları və rəqəmsal marketinq alətləri üzrə biliklər
- Müştərilərlə kommunikasiya və münasibətlərin idarə olunması bacarığı
- Meta Business Suite və reklam alətləri üzrə biliklər
- Təşkilatçılıq, təqdimat və problem həll etmə bacarığı
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərində ünsiyyət bacarığı
Oxşar elanlar
- Marketinq meneceriArash Company · 2 gün əvvəl
- Brend menecer (Hava Limanı)"VİP Xidmətlər Qrupu" MMC · 4 gün əvvəl
- Digital Marketing SpecialistDORI - Digitally Optimized Robotic Intelligence · 4 gün əvvəl
- Məhsul Marketinqi üzrə MenecerPASHA Real Estate Group · 4 gün əvvəl
- Rəqəmsal marketinq üzrə mütəxəssisTABIA Group · 5 gün əvvəl
- Event Manager (Tədbirlərin təşkili üzrə mütəxəssis)Prior Leasing · 31 oktyabr 2026