Məzmuna keçin
TABIA Group yerləşdirilib

Rəqəmsal marketinq üzrə mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

TABIA Group brend saytı və TABIA Group MMC-nin idarəçiliyində olan bütün hotellərin saytına nəzarət və idarə edir, vebsayt trafikini və cəlbediciliyini artırmaq üçün komandaya məzmun, dizayn yeniləmələri və ideyalar haqqında rəy təqdim edir;

Meta/Google Ads və digər platformalarda onlayn kampaniyalar və reklamların yaradılmasını, həmçinin açılış səhifələrinin tərcümə edilmiş versiyalar da daxil olmaqla reklam trafikini qarşılamağa hazır olmasını təmin edir;

Hər bir hotelin seqmentasiyası və brend mövqeyinə uyğun olaraq aylıq və illik rəqəmsal marketinq planları yaradır və ona əməl etməklə sosial şəbəkələrdə reklam/təşviq alətlərini idarə edir;

Sosial media kanalları və bütün rəqəmsal platformalar üçün fəaliyyət planını hazırlayır, göstəriciləri ölçür və plana uyğun izləyici kütləsini artırmaq üçün strategiyalar hazırlayır;

Axtarış motorlarında veb-saytların sıralamasını nəzərdən keçirir, idarə olunan hotellərin veb-saytlarını müvafiq axtarış şərtləri ilə yeniləyir və vebsaytların mümkün olan ən yaxşı təbii səhifə reytinqinin əldə olunmasını təmin etmək üçün açar sözlərlə təmin edir;

Vebsaytların istifadəçi davranışını, performansını, istinad mənbəyini və s., eləcə də vebsaytların onlayn rezervasiya imkanlarının təkmilləşdirmə və genişləndirilməsi ilə bağlı təhlillər edir;

  • Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.

Tələblər

  • Ali təhsil
  • Rəqəmsal Marketinq sahəsində minimum 1 (bir) il
  • SEO/SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və ekran reklam kampaniyalarını idarəetmə təcrübəsi
  • Veb-sayt analitika alətləri haqqında dərin biliklər
  • Google Ads, Meta Ads və digər platformalarda reklam kampaniyalarının qurulması və optimallaşdırılması təcrübəsi
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti
  • Azərbaycan dili – sərbəst
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə

Üstünlük hesab olunur

  • Marketinq və Kommersiya sahəsində arzu olunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →