Vakansiya haqqında
Qonaqlara səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq.
Qonaqları qarşılamaq və qəbul etmək.
Qonaqları masaya müşayiət etmək və menyunu təqdim etmək.
Restorana daxil olduğu ilk andan etibarən hər bir qonağa yüksək səviyyədə diqqət və fərdi yanaşma göstərmək, onların xidmət prosesi boyu rahatlığını və məmnuniyyətini təmin etmək.
Müştərilərə xidmətlərin təqdim edilməsi ilə bağlı tövsiyyələr vermək, onları mövcud yemək və içki assortimenti ilə tanış etmək.
Zal, bar, vitrinlərin və.s tərtibatına nəzarət etmək.
Zalda təmizliyi və səliqəni təmin etmək.
Münaqişəli vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək.
Müştərilərin qeyri-qənaətbəxş xidmətlə bağlı iradlarını nəzərdən keçirmək və müvafiq təşkilati-texniki tədbirləri həyata keçirmək.
Müştərilərə göstərilən xidmətlərdə mövcud çatışmazlıqlar barəsində rəhbərliyi məlumatlandırmaq, onların aradan qaldırılması üçün tədbirlər görmək.
Birbaşa rəhbərinin tapşırığı ilə digər xidməti işləri görmək.
Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.
Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
Tələblər
- Ünsiyyət və komanda ilə işləmək bacarığı
- Məsuliyyətli və çevik olmaq
- Azərbaycan dili – sərbəst
- İngilis dili – əla səviyyədə
- Rus dili - əla səviyyədə
- Dinləmə bacarıqları
- Bakı şəhəri, H.Əliyev prospekti 2, Excelsior Hotel&Spa Curio Collection by Hilton
Oxşar elanlar
- Aşpaz köməkçisiTAİS İKF · Dünən
- Demi Chef de Partie (Şirniyyat bölməsi)Fairmont Baku · 31 oktyabr 2026
- Aşpaz köməkçisi (Şirniyyat bölməsi)Fairmont Baku · 31 oktyabr 2026
- OfisiantTABIA Group · 31 oktyabr 2026
- BaristaInvest AZ QSC · 30 oktyabr 2026
- Qabyuyan (Texniki xidmətçiCourtyard by Marriott Baku · 30 oktyabr 2026