Məzmuna keçin
Prior Leasing yerləşdirilib

Event Manager (Tədbirlərin təşkili üzrə mütəxəssis)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Prior Leasing şirkəti Event Manager (Tədbirlərin təşkili üzrə mütəxəssis) vakansiyası elan edir!

Vəzifə öhdəlikləri:

Şirkətin Bakı və regionlarda keçirilən daxili və xarici tədbirlərinin (korporativ tədbirlər, konfranslar, sərgilər, təqdimatlar və s.) konsepsiyasının hazırlanması, planlaşdırılması və təşkili

Regional tədbirlər üzrə məkan, nəqliyyat, yerləşmə və digər logistika məsələlərinin təşkili, yerli podratçılar və aidiyyəti qurumlarla koordinasiyanın təmin edilməsi

Tədbir büdcələrinin və logistika xərclərinin hazırlanması, təsdiq olunmuş büdcəyə uyğun icrasına və xərclərin sənədləşdirilməsinə nəzarət

Tədbir proqramlarının, ssenarilərin, qonaq siyahılarının və dəvətnamələrin hazırlanması

Tədbir günü proseslərin yerində idarə edilməsi, iştirakçıların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, yaranan problemlərin operativ həlli

Regional sərgi, yarmarka, festival və təqdimatlarda şirkətin iştirakının təşkili

Tədbirlərdən sonra nəticələrin, xərclərin və iştirakçı rəylərinin təhlili, hesabatların hazırlanması və tədbir materialları ilə avadanlıqların qorunmasına nəzarət

Şirkətin brend standartlarına, korporativ etika və məxfilik qaydalarına riayət edilməsi.

İş şərtləri:

İş qrafiki: Həftədə 5 iş günü.

İş yeri: Çinar Park Biznes Mərkəzi.

Tələblər

  • Ali təhsil
  • Tədbirlərin təşkili, event menecment və ya PR sahəsində 1–2 il iş təcrübəsi
  • Korporativ tədbirlərin, konfransların, sərgilərin və təqdimatların təşkili üzrə təcrübə
  • Tədbir büdcələrinin hazırlanması, xərclərə nəzarət və bazar araşdırması apararaq qiymət təkliflərinin hazırlanması bacarığı
  • Güclü təşkilatçılıq, vaxtın idarə edilməsi və detallara diqqət
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini işgüzar səviyyədə bilmək
  • MS Office proqramlarında sərbəst işləmək
  • Regionlara ezamiyyətlərə hazır olmaq

Üstünlük hesab olunur

  • Marketinq, menecment, jurnalistika və ya əlaqəli sahələr üzrə üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →