İstehsalat və əməliyyatlar üzrə mütəxəssis
- Şəhər
- İsmayıllı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Qalacıq Şərab komandası üçün gündəlik əməliyyatların, istehsalat və təsərrüfat proseslərinin düzgün təşkilini və koordinasiyasını təmin edəcək Operations Manager axtarırıq.
Vəzifə öhdəlikləri
Müəssisənin gündəlik əməliyyat və iş proseslərinin təşkilində iştirak etmək;
İstehsalat və təsərrüfat işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasını koordinasiya etmək;
Əməkdaşlar arasında iş bölgüsünün və tapşırıqların icrasının izlənilməsinə dəstək olmaq;
Təchizat, anbar və logistika proseslərinin koordinasiyasını həyata keçirmək;
Xammal, material və hazır məhsul ehtiyatlarının uçotuna və hərəkətinə nəzarət etmək;
Gündəlik iş proseslərində yaranan problemləri müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək;
Daxili iş qaydalarının və əməliyyat prosedurlarının tətbiqinə nəzarət etmək;
Əməliyyat prosesləri üzrə məlumatların toplanması və hesabatların hazırlanmasını təmin etmək;
İş şəraiti
İş yeri: Qalacıq, İsmayıllı
Rəsmi əmək müqaviləsi;
Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir;
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Ali təhsil (Biznesin idarə olunması, Menecment, İqtisadiyyat və ya müvafiq sahələr üzrə)
- Əməliyyatların idarə olunması, logistika və ya istehsalat sahəsində minimum 1–2 il iş təcrübəsi
- İş proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı
- Təşkilatçılıq və operativ qərarvermə bacarıqları
- Analitik düşünmə və problem həll etmə bacarığı
Üstünlük hesab olunur
- Rus və ingilis dilini bilmək üstünlükdür
Oxşar elanlar
- İnzibati Köməkçi (İsmayıllı Filialı)Access Bank · 29 oktyabr 2026
- Pərakəndə Lizinq Nümayəndəsi (İsmayıllı filialı)Prior Leasing · 28 oktyabr 2026
- Lombard kreditləri üzrə kiçik mütəxəssis/mütəxəssis (İsmayıllı filialı)Access Bank · 13 oktyabr 2026
- UstaKaspi Tehsil Shirketi · Dünən
- Boya operatoruSAMT LLC · 3 gün əvvəl
- Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoruAzərbaycan Dəmir Yolları · 4 gün əvvəl