İşin təsviri
- Mürəkkəb və kompleks (0-75 aralığında və 75 tondan yuxarı) yük qaldırma əməliyyatlarını icra etmək;
- Tandem yük qaldırma əməliyyatlarında iştirak etmək;
- Trosların bərkidilməsinin düzgünlüyünün yoxlamaq, tormozları və qoruyucu qurğuları tənzimləmək;
- Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara çatmaq üçün səy göstərmək;
- Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükə və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək;
- Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və sahə rəisinə məlumat vermək;
- Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq;
- Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək;
Tələblər
- Portal kran operatoru (6-cı dərəcəli) sertifikatı;
- Xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsinə dair biliklər;
- Kran, tros və zəncirlərin yükgötürmə qabiliyyətinə dair biliklər;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını bilmək;
- Yanğından mühafizənin norma və qaydalarına dair biliklər;
- Problem həlletmə;
- Risklərin idarə edilməsi;
- Peşəkar ehtiyatlılıq.