İşin təsviri
- Marşrut səviyyəsində gəlir performansını izləmək və təhlil etmək, zəif nəticə göstərən bazarları müəyyən edərək qiymət, tutum və ya satış üzrə düzəlişlər təklif etmək;
- Tələb planlaması və qiymət elastikliyinin təhlili üçün qabaqcıl proqnozlaşdırma modelləri və statistik metodlar tətbiq etmək;
- Müştəri analitikası strategiyalarına dəstək vermək (seqmentasiya və gəlir töhfəsi modelləri daxil olmaqla);
- Proqnozların dəqiqliyini artırmaq və yeni analitik nəticələr yaratmaq üçün maşın öyrənməsi və “big data” texnologiyalarından istifadə etmək;
- Satış və Şəbəkə və Cədvəl Planlaşdırması ilə sıx əməkdaşlıq edərək gəlir büdcəsi hədəfləri hazırlamaq və paylaşmaq;
- Gəlir tendensiyaları, qiymət effektivliyi və kommersiya KPI-larını izləmək üçün avtomatlaşdırılmış hesabat və panellər (Power BI və s.) hazırlamaq və dəstəkləmək.;
- Məlumat dəqiqliyi, ardıcıllıq və uyğunluğu təmin edən tam izləmə sistemləri layihələndirmək və idarə etmək;
- Məlumat keyfiyyətini, hesabat dəqiqliyini davamlı olaraq artırmaq və əl müdaxilələrini avtomatizasiya ilə minimuma endirmək.;
- Kommersiya məlumatlarının rəqabətli istifadəsini dəstəkləyən analitik alətlər hazırlamaq;
- Şəbəkə və Cədvəl Planlaşdırması, Satış və Tərəfdaşlıq, Gəlirlərin İdarəolunması, Tarif və Marketinq ilə əməkdaşlıq edərək gəlir üzrə analitik nəticələrin tətbiqini təmin etmək.;
- Gəlirlərin İdarəolunması, Tarif və Satış üzrə təşəbbüs və pilot layihələrdə tətbiq oluna bilən analitik nəticələr təqdim etməklə iştirak etmək;
- Məlumat izləmə və hesabat prosesləri üçün texniki sənədləşməni hazırlamaq və dəstəkləmək;
- Analitik nəticələri və təhlilləri təqdim edərək kommersiya planlamasına və uzunmüddətli gəlir artımına dəstək olmaq.;
- Analitika çatdırılmasında tənzimləyici uyğunluğu və məlumat idarəçiliyi standartlarını təmin etmək.
Tələblər
- Təhsil : Ali
- Analitik fəaliyyəti üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
- Yüksək dərəcədə rəqəmlərlə işləmə bacarığı;
- Gəlirlərin İdarəolunması, kommersiya analitikası, biznes intellekti və ya oxşar sahədə təcrübə (aviasiya və ya səyahət sənayesi üstünlükdür);
- Gəlir proqnozları, qiymət modelləri və tələb planlama alətləri hazırlama üzrə praktik təcrübə.;
- Məlumat təhlili, modelləşdirmə və statistik metodlarda (reqressiya, klasterləşmə, zaman sıraları və s.) güclü biliklər.;
- Avtomatlaşdırılmış dashboard və hesabatlar hazırlama üzrə təcrübə (Power BI, Tableau, Excel VBA).;
- SQL və ən azı bir analitik proqramlaşdırma dili (Python, R və s.) ilə işləmə bacarığı;
- Aviaşirkət kommersiya funksiyaları (Şəbəkə və Cədvəl Planlaşdırması, Satış və Tərəfdaşlıq, Gəlirlərin İdarəolunması və ya Tarif) üzrə bilik.;
- Böyük və mürəkkəb dataset-lərlə işləmə və onları praktik analitik nəticələrə çevirmə təcrübəsi.;
- Gəlir büdcəsi, performans izləmə və KPI çərçivələri ilə tanışlıq Maşın öyrənməsi konseptləri və prediktiv analitika ilə ilkin təcrübə üstünlükdür.;
- Çoxfunksiyalı komandalarla işləmək və sürətli, məlumat yönümlü mühitdə nəticə əldə etmək təcrübəsi;
- ETL/ELT proseslərinin avtomatlaşdırılması və data pipeline-ların qurulması üzrə güclü bacarıqlar.;
- Cloud platformaları (Azure, AWS, Google Cloud və s.) üzrə təcrübə üstünlük hesab olunur.
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Təqdimat bacarıqlar;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı