Kamera Müşahidə Operatoru
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Oxşar aktiv elanlar
- XadiməHayat Group · 3 gün əvvəl
- Təmizlik işçisiThe Club Port Baku · 4 gün əvvəl
- Çamaşırxana çeşidləyicisiLiv Bona Dea Hospital · 4 gün əvvəl
- NəzarətçiPark Academy Business · 4 gün əvvəl
- XadiməRabitəbank · 4 gün əvvəl
- Təmizlik Kateqoriyası üzrə texnoloqOBA marketlər şəbəkəsi · 5 gün əvvəl
Vakansiya haqqında
Öhdəliklər:
Məktəbin bütün müşahidə kameralarının fasiləsiz və düzgün işləməsinə nəzarət etmək.
Kameralar vasitəsilə kompleksin giriş-çıxış qapılarını, daxili ərazilərini və perimetrini daimi izləmək.
Şübhəli hərəkət, intizam pozuntusu və ya təhlükə halları aşkar edildikdə dərhal növbə rəisinə və ya gözətçilərin koordinatoruna məlumat vermək.
Gündəlik müşahidə və nasazlıq qeydlərini müvafiq jurnalda qeyd etmək.
Şagirdlərin, heyətin və qonaqların təhlükəsizliyinin təmin olunmasına kamera müşahidəsi vasitəsilə dəstək vermək.
Kamera otağında konfidensiallıq və etik davranış prinsiplərinə ciddi riayət etmək.
Gözətçilərin koordinatoru tərəfindən verilən aidiyyəti digər tapşırıqları yerinə yetirmək (məsələn: video yazılışlara baxmaq, baş vermiş hadisələri kameralardan araşdırmaq, itirilmiş əşyaların tapılmasına kömək göstərmək).
Biz təklif edirik:
Rəqabətədavamlı əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Kamera Müşahidə Operatoru” vəzifəsini qeyd etməyiniz xahiş olunur.
Tələblər
- Ali və ya orta ixtisas təhsil səviyyəsi
- Təhlükəsizlik sahəsində və ya müşahidə kameraları ilə işləmək sahəsində minimum 1 il iş təcrübəsi
- Yüksək diqqətlilik və məsuliyyət hissi
- Müşahidə qeydlərini dəqiq və sistemli şəkildə aparmaq bacarığı
- Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
Üstünlük hesab olunur
- Kompüter bilikləri (əsas ofis proqramlarında işləmə bacarığı) arzuolunandır