Məzmuna keçin
OBA marketlər şəbəkəsi yerləşdirilib

Təmizlik Kateqoriyası üzrə texnoloq

Şəhər
Bakı

Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

İstehsalat təcrübəsi ilə nəzarət: Təmizlik kateqoriyasındakı (maye qab yuyan, yuyucu tozlar, kağız vasitələri, uşaq bezləri və ümumi təmizlik vasitələri xlor və.s) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.

Reseptura və Kimyəvi daxilolma: Məhsulların kimyəvi komponentlərini, aktiv maddə faizlərini və formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (pH, qatılıq, qoxu və s.) texnoloji cəhətdən yoxlamaq.

Xammal auditi: Xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

Strateji satınalma: Təmizlik kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.

Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.

Maya dəyərinin (Cost) idarə edilməsi: İstehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki: 5 günlük, 09:00-18:00

Tələblər

  • Təhsil: Ali təhsil (Kimya mühəndisliyi, Kimya texnologiyası və ya müvafiq texniki sahə mütləqdir)
  • Təcrübə: mütəxəssisi kimi işləmiş (keçmiş təcrübəsi olan)
  • Sektor və Bazar Biliyi: Həm pərakəndə sektorunu (müştəri tələbi, rəf idarəçiliyi), həm də kimya sənayesinin istehsalat qaydalarını eyni dərəcədə yaxşı bilmək
  • Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir)
  • Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə
  • Vakansiya növü - Tam ştat

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →