İşin təsviri
- Avtoyükləyicilərin (elektrik və dizel) elektrik, elektron və avtomatika sistemlərinin təmiri və texniki xidmətinin həyata keçirilməsi;
- Mürəkkəb elektrik nasazlıqlarının diaqnostikası və aradan qaldırılması;
- Elektron idarəetmə bloklarının (ECU, controller, inverter, charger) yoxlanılması və sazlanması;
- Sensorlar, relelər, kontaktorlar, qoruyucu və təhlükəsizlik sistemlərinin saz vəziyyətdə saxlanılması;
- Akkumulyator sistemləri, enerji paylanması və şarj qurğularının texniki baxışı və təmiri;
- Elektrik sxemləri, texniki çertyojlar və istehsalçı təlimatlarına uyğun işləmək;
- Planlı texniki baxış və profilaktik xidmət işlərinin icrası;
- Elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət edilməsi;
- Təmir və xidmət işləri üzrə texniki qeydlərin, aktların və hesabatların hazırlanması;
- Avadanlıqların düzgün istismarına nəzarət və istifadəçi heyətinə texniki dəstək göstərilməsi.
Tələblər
Bilməlidir:
- Avtoyükləyicilərin (elektrik və dizel) elektrik və elektron sistemlərinin quruluşunu və iş prinsipini;
- Güc ötürücü sistemlər, inverterlər, elektrik mühərrikləri və idarəetmə kontrollerlərinin iş prinsiplərini;
- Elektron idarəetmə bloklarının (ECU, PLC, controller) diaqnostika və sazlanma üsullarını;
- Elektrik sxemlərini, texniki çertyojları və istehsalçı (OEM) təlimatlarını oxumağı və tətbiq etməyi;
- Akkumulyator sistemləri (traksyon batareyaları), şarj qurğuları və enerji paylanma sxemlərini;
- Sensorlar, relelər, kontaktorlar, qoruyucu və təhlükəsizlik sistemlərinin funksiyalarını;
- Elektrik təhlükəsizliyi qaydalarını, yüksək gərginliklə işləmə tələblərini və mühafizə vasitələrinin istifadəsini
- Ölçmə və diaqnostika cihazlarının (multimetr, meqaommetr, osiloskop, diaqnostik skaner) tətbiq qaydalarını;
- Qısaqapanma, yüklənmə, torpaqlama və sızma cərəyanları ilə bağlı riskləri və aradan qaldırma üsullarını;
- Yanğın təhlükəsizliyi və fövqəladə hallarda davranış qaydalarını;
- Texniki xidmət, təmir və sınaq işləri üzrə sənədləşmə və hesabat apa