Aparıcı mühəndis (İmişli lokomotivlərin təmiri deposu )

İşin təsviri

  • Texniki siyasəti, bütün istiqamətlər üzrə səmərələşdirmənin inkişafını, istehsalatın rekonstruksiyasını və texniki dəyişikliyini və istehsalatda əmək məhsuldarlığını yüksək templə inkişaf etdirmək;
  • Texniki həllərin işlənib hazırlanmasında iştirak etmək;
  • Müxtəlif təyinatlı sxemlərin, sınaq alətlərinin, nəzarət avadanlıqlarının, laboratoriya maketlərinin layihələndirilməsinə, cihazın təsvirinin və layihələndirilən məhsulların, obyektlərin iş prinsiplərinin tərtibinə, habelə qəbul edilmiş zəruri hesablamaların və əsaslandırmaların həyata keçirilməsinə rəhbərlik etmək;
  • Texnika və texnologiyanın, texniki tədbirlərin tətbiqi planlarının yerinə yetirilməsini təşkil etmək;
  • Texniki sənədlərin vaxtında hazırlığını təmin etmək;
  • Texniki avadanlıqların yeniləşdirilməsi, layihələrin yerinə yetirilməsinə çalışmaq və eyni zamanda nəzarət etmək;
  • İstehsalatın və təmirin mexanoenerji xidmətini, iş yerlərinin attestasiyasını və standartlara düzgün əməl olunmasını koordinatlaşdırmaq;
  • Elmi tədqiqat və eksperiment sınaqlarının keçirilməsini təşkil etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
  • İqtisadiyyatın müvafiq sektorunun, elm və texnikanın inkişaf istiqamətlərini müəyyən edən rəhbər materiallara dair biliklər;
  • Texniki sənədlərin işlənib hazırlanması və icrası üçün standartlar, texniki şərtlər və digər rəhbər materiallara dair biliklər;
  • Layihələndirmə zamanı əməyin təşkilinin qaydalarına dair biliklər;
  • Əmək qanunvericiliyinin əsaslarına dair biliklər;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyasi və yanğına qarşı mühafizənin norma va qaydalarına dair biliklər;
  • Xarici dil: İngilis və Rus dilləri – orta səviyyədə;
  • MS Office proqramları: orta səviyyədə;
  • Məlumatların idarə edilməsi bacarığı;
  • Təşəbbüskarlıq və təşkilatçılıq bacarıqları;
  • Qeyd: Daxili və xarici ezamiyyələr ola bilər.