İşin təsviri
Təsvir
- Texnoloji proseslərin işlənib hazırlanmasını təmin etmək;
- İstehsalatın texnoloji hazırlığını texniki cəhətdən təşkil etmək;
- Texnoloji təlimatların, texniki şərtlərin, təmir prosesində istifadə olunan materialların sərf normalarının işlənməsində iştirak etmək və onların yerinə yetirilməsinə nəzarət etmək;
- Materiallara, əmək sərfinə qənaəti təşkil etmək;
- Təmirin, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etmək;
- Texnoloji sistemlərin layihələndirilməsi, təmir kompleksinin avtomatlaşdırılmasını təşkil etmək;
- Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji sənədləşdirilməsinin hazırlanmasını, sexlərin, sahələrin və digər təmir bölmələrinin onlarla təmin edilməsinə nəzarət etmək;
- Avadanlıqların və cihazların vaxtlı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlamaq.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi arzu olunandır;
- Texnoloji avadanlıqların iş prinsiplərinə dair biliklər;
- Təmir xidmətinin təşkilinə dair biliklər;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyasi və yanğına qarşı mühafizənin norma va qaydalarına dair biliklər;
- Xarici dil: İngilis və Rus dilləri – orta səviyyədə;
- MS Office proqramları: orta səviyyədə;
- Məlumatların idarə edilməsi bacarığı;
- Təşəbbüskarlıq, planlaşdırma və təşkilatçılıq bacarıqları.