İşin təsviri
- Aviasiya təhlükəsizliyi üzrə fəaliyyətin qanunvericilik və beynəlxalq standartlara uyğunluğunun yoxlanılması;
- Keyfiyyətə nəzarət və risklərin idarə edilməsi sistemlərinin tətbiqi və təkmilləşdirilməsi;
- Daxili audit, yoxlama və qiymətləndirmələrin həyata keçirilməsi;
- Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin hazırlanması;
- Risk profillərinin hazırlanması, risklərin monitorinqi və azaldılması tədbirlərinin həyata keçirilməsi;
- Keyfiyyət göstəricilərinin monitorinqi və analitik hesabatların hazırlanması;
- Aviasiya təhlükəsizliyi üzrə aşkar və gizli sınaq yoxlamalarının aparılması;
- Xüsusi texniki vasitələrin beynəlxalq standartlara uyğunluğunun yoxlanılması;
- Müvafiq struktur bölmələrlə koordinasiyanın və əməkdaşlığın təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Analitik düşünmə və effektiv qərarvermə bacarığı;
- Komandada işləmək bacarığı;
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint və s.) sərbəst işləmək;
- Azərbaycan və ingilis dillərini bilmək;
- Dəyişikliklərə tez uyğunlaşmaq və çevik işləmək bacarığı;
- İş qrafiki: 5 günlük;
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.