Biznes innovasiyaları klasterinin Hesab və ödəniş xidmətləri qrupunun Məhsul Analitiki

İşin təsviri

  • Biznes və istifadəçi ehtiyaclarının analizi: Biznes bölmələri, maraqlı tərəflər və istifadəçilərlə əməkdaşlıq edərək biznes ehtiyaclarını müəyyən etmək, analiz etmək və məhsulun inkişafına çevirmək.
  • Bazar və rəqib araşdırması: Bazar, rəqiblər, məhsul trendləri və istifadəçi davranışlarını araşdırmaq, nəticələri məhsul strategiyası və yeni funksionallıqların formalaşdırılmasında istifadə etmək.
  • Biznes tələblərinin toplanması və sənədləşdirilməsi: Biznes tələblərini toplamaq, analiz etmək, prioritetləşdirmək və BRD, Functional Specification, User Story, Acceptance Criteria və digər analitik sənədləri hazırlamaq.
  • Biznes və texniki komandalar arasında əlaqələndirmə: Biznes tələblərini texniki komandaya düzgün çatdırmaq, biznes və texniki komandalar arasında “bridge” rolunu icra etmək.
  • Proses analizi və modelləşdirmə: BPMN, UML, Flowchart və digər modellərlə prosesləri hazırlamaq və optimallaşdırmaq.
  • Məhsul performansının təhlili: KPI-ləri, istifadəçi davranışlarını və məhsul performansını analiz etmək, təkmilləşdirmə təklifləri vermək.
  • Məlumatların təhlili: SQL, Tableau, Grafana, Excel və digər alətlərlə məlumatları analiz etmək və qərarverməyə dəstək vermək.
  • Agile proseslərində iştirak: Sprint Planning, Backlog Refinement, Sprint Review və digər Agile mərasimlərində iştirak etmək, backlog və User Story-lərin hazırlanmasına dəstək vermək.
  • İnnovasiya və davamlı təkmilləşdirmə: AI, fintech və bazar trendlərini izləmək, yeni məhsul və proses təkmilləşdirmə ideyaları irəli sürmək.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, İnformasiya Sistemləri, Biznesin İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə bakalavr təhsili.
  • Product Analyst, Business Analyst, Lean Expert, System Analyst və ya oxşar vəzifədə iş təcrübəsi.
  • Requirement Gathering, Requirement Analysis və Requirement Documentation üzrə praktiki təcrübə.
  • BRD, Functional Specification, User Story və Acceptance Criteria hazırlanması üzrə təcrübə.
  • BPMN 2.0, UML, Flowchart və digər proses modelləşdirmə metodologiyaları üzrə biliklər.
  • SQL üzrə yaxşı biliklər və məlumatların analizi üzrə təcrübə.
  • Tableau, Grafana, Power BI, Excel və digər məlumat vizuallaşdırma alətləri ilə işləmə təcrübəsi.
  • REST API, JSON, sistem inteqrasiyaları və mikroservis arxitekturası haqqında baza bilikləri.
  • Jira, Confluence, Miro, Figma, Visio, Draw.io və ya oxşar alətlərlə işləmə təcrübəsi.
  • Güclü analitik və sistemli düşüncə bacarığı.
  • Biznes və texniki komandalar arasında effektiv kommunikasiya qurmaq bacarığı.
  • Developer, QA Engineer, UX/UI Designer və Product Owner ilə işləmə təcrübəsi.
  • İngilis dilində texniki sənədlərlə işləmə bacarığı.
  • Üstünlük hesab olunur: FinTech və ya bank təcrübəsi, IIBA (ECBA/CCBA/CBAP), PSPO, PSM sertifikatları, Postman, Swagger, Firebase, Google Analytics, Microsoft Clarity və AI alətləri (ChatGPT, Claude, Gemini və s.) ilə işləmə təcrübəsi.