İşin təsviri
“Rabitəbank” ASC Rəqəmsal sistemlərin inkişafı departamenti, Süni intellekt və data analitika şöbəsinə, Senior Data Scientist vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır
ƏSAS VƏZİFƏLƏRİ:
1. Layihələri ideyadan istehsalata qədər idarə etmək və gənc mütəxəssislərə mentorluq etmək.
2. Deep Learning, NLP və Time-Series analysis üzrə modellər hazırlamaq.
3. TensorFlow və PyTorch framework-ləri ilə işləmək.
4. Apache Spark və Hadoop vasitəsilə böyük həcmli məlumatların işlənməsi.
5. AWS, GCP və Azure üzərində modellərin yerləşdirilməsi və idarə edilməsi.
6. ML modellərinin deployment, monitorinq və dəstəklənməsi (MLOps).
7. Hipotez yoxlanışı, A/B testləri və inkişaf etmiş statistik modelləşdirmə aparmaq.
8. End-to-end data science sistemlərini dizayn və implementasiya etmək.
Tələblər
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali təhsil (riyaziyyat, informatika, kompüter elmləri və ya müvafiq sahə).
- Python və R dillərində yüksək biliklər, ML və DL framework-ləri ilə dərin təcrübə.
- Big Data texnologiyaları (Spark, Hadoop) ilə təcrübə.
- Cloud platformaları (AWS, GCP, Azure) ilə iş təcrübəsi.
- MLOps, Docker və CI/CD prosesləri üzrə biliklər.
- Qabaqcıl statistika və eksperiment dizaynı üzrə biliklər.
- Sistem dizaynı və layihə idarəetmə bacarıqları.