Məzmuna keçin
Pasha Bank yerləşdirilib

Hesab və Ödəniş Xidmətləri, Maliyyə Texnologiyaları sahəsinin Elektron Ticarət qrupunun Baş Məhsul Sahibi (Müvəqqəti)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Məhsulun Strategiyasını ən azından 12 aylıq ( maks 3 illik) müddət üçün hazırlamaq;

Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırmaq;

Strategiyadan irəli gələrək xüsusi rəqəmsal məhsullar üçün məhsulun backlog-nun yaratmaq və prioritetləşdirmək;

Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olmaq;

Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq;

Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq;

Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək;

Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq;

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: Ali Təhsil
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): 5 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (Təhlil, biznes və ya İT)
  • Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.)
  • Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqlara sahib olmaq
  • Yumşaq səriştələr: Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq
  • Sürətli rejimdə nəticə yönümlü işləmək
  • Komandada işləmək
  • Problemləri həll etmək
  • Konfliktləri idarə etmək
  • Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq
  • Dil bilikləri: Azərbaycan dili – səlis
  • İngilis dili – orta (min
  • Intermediate)

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →