Məzmuna keçin
PROSYS LLC yerləşdirilib

HRM üzrə Biznes Analitik (Aparıcı mütəxəssis)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

PROSYS MMC komandamıza HRMpro proqram təminatının inkişafı və tətbiqində iştirak edəcək Biznes analitik (Aparıcı mütəxəssis) axtarır!

HRMpro insan resurslarının idarə edilməsi, kadr uçotu, əməkhaqqı hesablanması, iş vaxtının uçotu və digər HR proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatıdır.

Bu vəzifədə əsas rolunuz HR proseslərini və müştəri tələblərini təhlil etmək, onları HRMpro-nun imkanları ilə tutuşdurmaq və texniki komanda ilə birlikdə həllərin düzgün hazırlanmasını və tətbiqini təmin etmək olacaq.

Vəzifə öhdəlikləri

Kadr uçotu, əmək müqavilələri, işə qəbul, məzuniyyətlər, iş vaxtının uçotu və əməkhaqqı hesablanması kimi HR proseslərini təhlil etmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;

Müştərilərdən və daxili komandalardan daxil olan tələbləri toplamaq, təhlil etmək və dəqiqləşdirmək;

Müştəri tələblərini HRMpro-nun mövcud imkanları ilə tutuşdurmaq: tələbin hazır imkanla, sazlama ilə və ya yeni hazırlıqla qarşılanacağını müəyyənləşdirmək;

Texniki tapşırıqların və funksional tələblərin hazırlanmasında iştirak etmək, tələbləri proqramçılara və test komandasına aydın şəkildə izah etmək;

Əmək qanunvericiliyində və əlaqəli normativ-hüquqi aktlarda baş verən dəyişikliklərin HRMpro funksionallığına təsirini qiymətləndirmək;

Hazırlanmış funksionallığı HR prosesləri və qanunvericilik baxımından yoxlamaq, hesablamaların düzgünlüyünü təsdiqləmək və qəbul prosesində iştirak etmək;

HRMpro-nun müştərilərdə tətbiqində iştirak etmək: müştərinin proseslərini öyrənmək, sistemin sazlanmasına dəstək vermək, istifadəçilərə təlim keçmək;

İstifadəçi təlimatlarının və prosesləri təsvir edən sənədlərin hazırlanmasında iştirak etmək.

İş şəraiti

İş qrafiki - Tam ştat, ofisdə (5 günlük iş həftəsi, 09:00–18:00)

İş yeri: Bakı, Azərbaycan

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "HRM üzrə Biznes Analitik" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktları yaxşı bilik
  • Konkret məlumatlar əsasında hesablama nümunələri hazırlamaq, nəticələri yoxlamaq və müştəri tələblərini proqramçılara aydın şəkildə izah etmək bacarığı
  • Biznes ehtiyaclarını müəyyənləşdirmək, təhlil etmək və texniki komandaya aydın şəkildə təqdim etmək bacarığı
  • Prosesləri təhlil edib yazılı sənədləşdirmək bacarığı
  • Güclü təşəbbüskarlıq, proaktiv yanaşma və yeni ideyaların irəli sürülməsi bacarığı
  • Müstəqil qərarvermə, qərarların nəticələrinə görə məsuliyyət daşımaq və riskləri düzgün qiymətləndirmək qabiliyyəti
  • Strateji və analitik düşünmə, mürəkkəb prosesləri təhlil edərək optimal həll yolları müəyyənləşdirmək bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarıqları, müxtəlif səviyyəli rəhbərlik və komandalarla effektiv əməkdaşlıq etmək
  • Prioritetləri düzgün müəyyənləşdirmək, vaxtı və resursları səmərəli idarə etmək bacarığı
  • Fərqli maraqları və gözləntiləri olan tərəflərlə (stakeholder) effektiv işləmək və onların tələblərini düzgün idarə etmək bacarığı

Üstünlük hesab olunur

  • User Story, Acceptance Criteria və funksional tələblərin hazırlanması üzrə bilik və təcrübə
  • Agile/Scrum metodologiyası və məhsulun inkişaf prinsiplərini anlamaq
  • Jira və ya digər tapşırıq idarəetmə alətləri ilə işləmək bacarığı
  • HRM və ya ERP proqram təminatlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi üzrə təcrübə
  • Product Backlog, Roadmap və Sprint Planning proseslərinin idarə edilməsi təcrübəsi
  • BPMN vasitəsilə biznes proseslərinin modelləşdirilməsi
  • SQL üzrə ilkin biliklər
  • MS Project və ya digər layihə idarəetmə alətləri ilə işləmək təcrübəsi
  • İngilis dili üzrə texniki sənədləri oxumaq bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →