Vakansiya haqqında
Departament: Layihələrin idarə edilməsi və məhsulların inkişafı
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat, ofisdə
PROSYS MMC dövlət və özəl təşkilatlarda istifadə olunan FMSpro maliyyə və mühasibat uçotu proqram təminatını hazırlayır və tətbiq edir. Komandamıza mühasibat təcrübəsini proqram təminatının inkişafında tətbiq edəcək əməkdaş axtarırıq. Bu vəzifə mühasibat və vergi biliklərini biznes analitik işi ilə birləşdirir. Siz sifarişçinin ehtiyacını anlayan və onu işləyən sistemə çevirən komandanın bir hissəsi olacaqsınız.
Əsas vəzifələr
Sifarişçinin nümayəndələri ilə görüşlər aparmaq, onların mühasibat, vergi və idarəetmə uçotu proseslərini öyrənmək və tələbləri müəyyən etmək;
Biznes tələblərini sənədləşdirmək: texniki tapşırıq, funksional spesifikasiya və texniki təklif hazırlamaq;
Prosesləri sxemlərlə modelləşdirmək və onların daha səmərəli olması üçün təkliflər vermək;
Texniki tapşırıqları proqramçılarla müzakirə etmək və tələblərin icrasını izləmək;
Mövcud sistemləri təhlil etmək və ekspert rəyi vermək;
Biznes tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
Yeni funksionallığı test etmək və FMSpro-da lazımi ayarları aparmaq;
Sistemi sifarişçilərə təqdim etmək və istifadəçilərə dəstək olmaq.
İş şəraiti
İş qrafiki: 5 günlük iş həftəsi | 09:00–18:00
İstirahət günləri: şənbə və bazar
Əmək haqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Necə müraciət etməli?
CV-nizi mövzu sətrində "Tətbiqçi mühasib" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız müsahibəyə dəvət olunan namizədlərlə əlaqə saxlanılacaq.
Mühasibat biliyinizi rəqəmsal həllərə çevirən komandaya qoşulun!
Tələblər
- Mühasibat uçotunu qanunvericiliyə uyğun yaxşı bilmək
- Vergi uçotunu və idarəetmə uçotunu bilmək
- Rəsmi hesabatların hazırlanması və təqdim edilməsi qaydalarını bilmək
- ERP sistemlərinin tətbiqində iştirak və ya ERP üzrə biznes analitik kimi iş təcrübəsi
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
- Komandada işləmək, müstəqil qərar vermək, təşəbbüskalıq kimi bacarıqlara malik olmaq
Üstünlük hesab olunur
- Proqram təminatının hazırlanma prosesini,Agile və Scrum yanaşmalarını bilmək
- SQL və ya PL/SQL üzrə ilkin bilik
- Jira, MS Visio, Balsamiq Wireframes kimi alətlərlə iş təcrübəsi
- Rus və ya ingilis dilində yazışma və ünsiyyət bacarığı
- Biznes ehtiyaclarını texnoloji həllərlə əlaqələndirə bilmək
Oxşar elanlar
- Mühasib-xəzinədarGreen Tech · Bu gün
- Biznes risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssisMars Overseas Baku · Bu gün
- Uçot əməliyyatları üzrə mühasib (Mingəçevir)OBA Market MMC · Bu gün
- İnsan Resursları Əməliyyatları Şöbəsinin MüdiriZeytun Pharmaceuticals · Bu gün
- Hesab və Ödəniş Xidmətləri, Maliyyə Texnologiyaları sahəsinin Elektron Ticarət qrupunun Baş Məhsul Sahibi (Müvəqqəti)Pasha Bank · Bu gün
- HRM üzrə Biznes Analitik (Aparıcı mütəxəssis)PROSYS LLC · Bu gün