Məzmuna keçin
Mars Overseas Baku yerləşdirilib

Biznes risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Şirkətin fəaliyyətinə dair siyasət, qayda, təlimat və biznes proses xəritələrinin hazırlanmasında iştirak etmək və ya müvafiq struktur bölmələr tərəfindən hazırlanmasını təşkil etmək;

Biznes prosesləri monitorinq etmək, mövcud çatışmazlıqları müəyyənləşdirmək və onların aradan qaldırılması, proseslərin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;

Biznes proseslərin təsdiq edilmiş qayda və prosedurlara uyğun icrasına nəzarət etmək və mütəmadi yoxlamalar aparmaq;

Risk reyestrini hazırlamaq, yeni aşkarlanan riskləri qeydiyyata almaq, qiymətləndirmək və reyestri mütəmadi yeniləmək;

Risk Komitəsi və yuxarı rəhbərlik üçün Əsas Risk Göstəriciləri (KRI) üzrə dövri hesabatlar hazırlamaq və təqdim etmək;

Şirkətin müştərilərinin kredit limitlərinin artırılması ilə bağlı müraciətlərini ətraflı təhlil etmək və vaxtında cavablandırmaq.

Tələblər

  • Risklərin idarə edilməsi, maliyyə, audit və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dilini sərbəst bilmək
  • MS Excel, Word, Visio və PowerPoint proqramları üzrə yüksək səviyyədə bilik

Üstünlük hesab olunur

  • İngilis və rus dillərini bilmək arzuolunandır
  • Mikro və 1C ERP sistemləri üzrə bilik arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →