İşin təsviri
Təsvir
- Nəqliyyat vasitələrinin ümumi baxım və təmir işləri ilə əlaqədar məsələləri həyata keçirmək, nasazlıqların araşdırılması, lazımi tədbirlərin görülməsi üçün təyin olunmuş təmir emalatxanasına (servis) yönəltmək;
- Davamlı olaraq departamentin balansında olan olan nəqliyyat vasitələrinin marşrut üzrə hərəkətinə GPS vasitəsi ilə nəzarət etmək;
- İstifadədə olan avtonəqliyyat vasitələrinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini bilavasitə təqib etmək;
- Avtonəqliyyat vasitələrinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
- Podratçı şirkətlərlə (servislərə) müqavilə şərtlərinin yerinə yetirilməsini təqib etmək;
- Avtomobil sürücüləri tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməsi və riayət olunmasına nəzarət etmək;
- Departamentə məxsus olan nəqliyyat vasitələrini siyahılaşdırmaq, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi və yaxud etibarnamə) düzgünlüyünü təqib etmək;
- Daim ADY-nin imic və mənafeyini müdafiə edib qorumaq;
- Fəaliyyət istiqamətləri üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər
- Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə bakalavr;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
- Yol hərəkəti qanunları barədə biliklər;
- Nəqliyyat vasitələrinin texniki göstəriciləri-GPS izləmə sistemləri üzrə biliklər;
- Elektron informasiya sistemindən istifadə qaydalarını bilməli.