Vakansiya haqqında
Gəminin gövdə, güc qurğuları, mexanizm və texniki avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək;
Texniki xidmət və təmir işlərini planlaşdırmaq, icrasına və keyfiyyətinə nəzarət etmək;
Texniki heyətin fəaliyyətini və iş bölgüsünü təşkil etmək;
Gəmi və avadanlıqların texniki yoxlanışını və Təsnifat Cəmiyyətinin tələblərinə uyğunluğunu təmin etmək;
Ehtiyat hissələri, yanacaq, sürtkü materialları və digər texniki resursların təminatına və istifadəsinə nəzarət etmək;
Texniki nasazlıqlar və risklər barədə kapitanı məlumatlandırmaq, qabaqlayıcı tədbirlər görmək;
Texniki istismar və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmə.
Tələblər
- Təhsil səviyyəsi: Ali təhsil
- Təcrübə: Müvafiq istiqamət üzrə 5 il
- Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olmayan gəmilərdə baş mexanik sertifikatı (diplomu)
- Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat
- Gəmidə ilk tibbi yardım
- Yanğınla mübarizə geniş proqram üzrə
- Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis
- Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı
- Liderlik və birgə iş fəaliyyəti
- 1000 volt və artıq olan gərginlik sistemlərinin təhlükəsiz istismarı və onlara texniki nəzarət
- Əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə
Oxşar elanlar
- Senior System AdministratorMətanət A Şirkətlər Qrupu · Bu gün
- Mobil və Web tətbiqlər üzrə Keyfiyyətin Təminatı (QA) mütəxəssisiBank Respublika · Bu gün
- Hovuz üzrə texnikPASHA Property Management · Bu gün
- Mechanical Completion EngineerIRES · Dünən
- Инженер по планированию (Planning Engineer)TP Engineering and Consultancy · Dünən
- Senior Backend DeveloperWORSIE · Dünən