Vakansiya haqqında
Yedəkləmə, yanalma və digər gəmi əməliyyatlarının təhlükəsiz təşkilini təmin etmək;
Gəminin təhlükəsiz idarə olunmasını, istismarını və üzgüçülüyə hazırlığını təmin etmək;
Gəmi heyətinin fəaliyyətini, iş bölgüsünü, növbəliliyini və əmək-intizam qaydalarına riayət olunmasını təşkil və nəzarətdə saxlamaq;
Gəminin texniki vəziyyətinə, texniki xidmət və təmir işlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
Naviqasiya təhlükəsizliyini, gəmi dayanıqlığını, fövqəladə hallara hazırlığı və dənizdə insan həyatının xilas edilməsi tədbirlərini təmin etmək;
Gəmi və maşın jurnallarının, eləcə də digər gəmi sənədlərinin düzgün aparılmasına nəzarət etmək;
Gəminin qəbul-təhvil prosesini və müvafiq sənədləşməni həyata keçirmək;
Qəzalar, insidentlər və təhlükəli hallar barədə vaxtında məlumat vermək.
Tələblər
- Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə orta ixtisas
- Təcrübə: Müvafiq istiqamət üzrə 3 il
- Sahilboyu üzgüçülükdə istismar olunan qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitan sertifikatı
- Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı
- Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat
- Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis
- Gəmidə ilk tibbi yardım
- Yanğınla mübarizə geniş proqram üzrə
- Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı
- Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Ümumi rayon operatoru
- Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış-xilasetmə (İdarəetmə səviyyəsində)
- Təhlükəli və zərərli yüklərin daşınması
- Əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə
Oxşar elanlar
- Matros (Bakı Limanı)Azərbaycan Dəmir Yolları · Bu gün
- Anbarların idarə edilməsi üzrə koordinatorMətanət A Şirkətlər Qrupu · Dünən
- Logistics Billing SpecialistBaltic Transline Azerbaijan · 2 gün əvvəl
- Avtokar sürücüsüUnimetal · 2 gün əvvəl
- Anbar və Avadanlıq Nəzarətçisi (Servis sahə üzrə əsas vəsaitlər)Nimex · 2 gün əvvəl
- Tender Sonrası üzrə Baş MütəxəssisPASHA Real Estate Group · 2 gün əvvəl