Vakansiya haqqında
İş şəraiti:
AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi;
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 700 Azn;
Ünvan: Abşeron rayonu, Məmmədli kəndi;
Namizədlərdən CV-lərini " Avtokar sürücüsü " başlığı ilə (e-poçt «Müraciət et» düyməsində) ünvanına göndərmələri xahiş olunur.
Öhdəliklər
Yüklərin təyinatı üzrə təhlükəsiz şəkildə boşaldılmasını, daşınmasını və anbar/istehsalat sahələrində yerləşdirilməsini təmin etmək;
Avtokarın icazə verilən yükgötürmə normasına riayət etmək və yüklərin tarazlı daşınmasına nəzarət etmək;
İşə başlamazdan əvvəl texnikaya gündəlik vizual baxış keçirmək, işlək və təmiz saxlamaq, aşkar edilən nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat vermək;
Zavod ərazisində müəyyən edilmiş sürət həddinə, hərəkət nişanlarına və piyadaların təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
Verilən istehsalat tapşırıqlarını vaxtında və düzgün icra etmək;
Zavod üzrə əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
Tələblər
- Avtoyükləyici (avtokar) idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və ya peşə sertifikatı
- İstehsalat və ya anbar sahəsində analoji iş təcrübəsi
- Yüksək diqqət, məsuliyyətlilik və intizamlılıq
Oxşar elanlar
- Crew Logistics CoordinatorIRES · Dünən
- Şəxsi Avtomobili ilə SürücüTitan Group · 3 gün əvvəl
- Satınalma üzrə mütəxəssisGuven Technology LLC · 3 gün əvvəl
- Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)Galeon Seafood MMC · 3 gün əvvəl
- Младший менеджер по закупкамPharmaline Group · 4 gün əvvəl
- Satınalma departamentinin rəhbəri (inşaat sahəsi)AZCD Group QSC · 4 gün əvvəl