İşin təsviri
- Ekspeditorlarla tarifin müəyyən edilməsində iştirak etmək;
- MDB üzv ölkələrin Dəmir Yollarının Beynəlxalq daşımalar üzrə Tarif Siyasətinin razılaşdırılması və tətbiq edilməsi üzrə işləri hazırlamaq;
- Beynəlxalq daşımalar üzrə Tarif Siyasətinin müəyyən edilməsində iştirak etmək;
- Bütün növ nəqliyyat daşımaları üzrə tranzit daşınan və idxal-ixrac olunan yüklərin hərəkətini və marşrutlarını təhlil etmək, yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması üzrə işlər görmək;
- Fraxt ili üçün Tarif Razılaşması İştirakçısı dövlətlərinə Beynəlxalq yükdaşımalarına edilmiş dəyişikliklər və əlavələr barədə məlumat təqdim etmək;
- Daxili yükdaşımalar üzrə tarif və yığım cədvəllərinin yenilənməsində, əlavə və dəyişikliklərin edilməsində iştirak etmək;
Tələblər
- Müvafiq sahə üzrə alli təhsil;
- Dil bilikləri: Rus, ingilis dili yaxşı;
- Komputer bilikləri: MS Office yaxşı;
- MDB üzv ölkələrinin Dəmir Yollarının Beynəlxalq daşımalar üzrə Tarif Siyasəti barədə məlumat;
- “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq fraxt ili üçün Beynəlxalq yük daşınmaları üzrə Tarif Siyasəti barədə məlumat;
- Effektiv qarşılıqlı əlaqə yarada bilmə;
- Təşəbbüskarlıq.