İşin təsviri
- Liman və terminal xidmətləri üzrə tariflərin hesablanması, təhlili, tətbiqi və təkmilləşdirilməsi ilə bağlı işləri həyata keçirmək;
- Liman və terminal xidmətləri üzrə mövcud tarifləri araşdırmaq, sistemləşdirmək və təhlil etmək;
- Liman, terminal, yanalma, yükləmə-boşaltma, saxlama və digər xidmətlər üzrə tarif layihələrinin hazırlanmasında iştirak etmək;
- Yükün növü, həcmi, çəkisi, xidmətin xüsusiyyəti və digər müvafiq göstəricilər nəzərə alınmaqla tariflərin hesablanmasında iştirak etmək;
- Tarif cədvəllərini, hesablamaları, müqayisəli təhlilləri və digər analitik materialları hazırlamaq;
- Tariflərlə bağlı daxil olan sorğuları araşdırmaq və səlahiyyətləri çərçivəsində cavabların hazırlanmasında iştirak etmək;
- Müştərilərlə bağlanan müqavilələrdə tarif və ödəniş şərtlərinin hazırlanması və razılaşdırılmasında iştirak etmək;
- Tarif güzəştləri, xüsusi tariflər və digər qiymətlər üzrə təklifləri təhlil etmək;
- Tariflərlə bağlı statistik, maliyyə və əməliyyat məlumatlarını təhlil etmək;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə dövri və tələb olunan hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
- Müvafiq sahə üzrə alli təhsil;
- Dil bilikləri: Rus, ingilis dili yaxşı;
- Komputer bilikləri: MS Office yaxşı;
- Tariflərin formalaşdırılması və iqtisadi hesablamaların əsasları haqqında biliklər;
- Müxtəlif növlü (dəmiryolu, avtomobil, hava və dəniz) daşımaların təşkili, yüklərin təyinatı və göndərilməsi üzrə biliklər;
- Liman və terminal fəaliyyətinin əsas prinsipləri barədə biliklər;
- Liman və terminal xidmətlərinin əsas növləri və onların xüsusiyyətləri barədə biliklər;
- Tarif və qiymət siyasətinin əsas prinsipləri ilə bağlı biliklər;
- Analitik düşüncə;
- Müştəri yönümlülük.