İşin təsviri
- Əmək məhsuldarlığının artırılması, avadanlığın tam gücü ilə işləməsi əsasında az əmək sərf etməklə avadanlığın növbəli iş əmsalını artırmaq;
- Xammalın, materialın, yanacağın, enerjinin səmərəli istifadəsini təmin etmək;
- Texnoloji proseslərin nəzərə alınmasına nəzarət etmək, onların pozulması səbəblərini üzə çıxarmaq və aradan qaldırmaq;
- Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirilməsində iştirak etmək;
- Buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlamaq, zay məhsulun qarşısın almaq və xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirlər həyata keçirmək;
- İstehsal ehtiyatlarının üzə çıxarılması işlərinin həyata keçirilməsində əlverişli əmək şəraitinin yaradılması üçün tədbirlərin hazırlanmasında iştirak etmək.
Tələblər
- Təhsil: Ümumi təhsil
- İlməkçi peşəsi üzrə sertifikat və vəsiqə;
Bilməlidir:
- İşin istehsal-təsərrüfat fəaliyyətinə dair yuxarı təşkilatların qərarları, sərəncamları, əmr və başqa materiallar, sahənin istehsal etdiyi məhsula verilən texniki xarakteristika və tələblərə dair biliklər;
- İstehsalat texnologiyası və onun texniki istismarına dair biliklər;
- Daxili intizam qaydalarına, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikasına dair biliklər.