İşin təsviri
- VİP zalda və Xüsusi təyinatlı otaqlarda görüləcək işləri planlaşdırmaq, təmizlik və s. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Növbətçilərin işinə rəhbərlik etmək;
- Xüsusi tələblərin operativ icrasını təmin etmək;
- Xidmət səviyyəsinin daimi monitorinqini aparmaq;
- Qatarın hərəkəti ilə bağlı aidiyyəti struktur bölmələri ilə koordinasiya yaratmaq (gərəkli hallarda);
- Şikayət və təkliflərin ilkin təhlilini aparmaq;
- Müştəri məmnuniyyətinin ölçülməsini təşkil etmək;
- Fövqəladə hallarda operativ qərarlar qəbul etmək;
- İstifadə olunan inventar və vasitələrdən təyinatı üzrə istifadə edilməsi və onların təmiz və saz saxlanılması üzərində nəzarət etmək;
- Xidmət prosesində istifadə olunan avadanlıqların işlək vəziyyətini yoxlamaq.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
- Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Xarici dil: İngilis dili və Rus dili – yaxşı səviyyədə;
- MS Office – yaxşı səviyyədə;
- SƏTƏM və qida təhlükəsizliyi, o cümlədən HACCP-a əsaslanan prosedurlara dair biliklər;
- İSO və KİS barədə biliklər;
- Azərbaycan Resplublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna dair biliklər;
- Sənəd dövriyyəsinə dair biliklər;
- Diqqətlilik;
- Təşkilati çeviklik;
- Nəticəyönümlülük;
- Müxtəlifliklərin idarə olunması;
- ADY daxili və xarici ezamiyyətlər ola bilər.