Hərəkət heyətinin yuyucu-təmizləyicisi

İşin təsviri

  • Texniki vasitələrdən səmərəli istifadə etmək, ətraf mühitin mühafizəsi tələblərinə riayət etmək;
  • Hazırlanma və yuma prosesində xüsusi geyimlərdən, eynək, rezin əlcək, önlük və rezin ayaqqabılardan istifadə etmək;
  • Texnoloji, istehsal və əmək intizamının pozulmamasını təmin etmək, yuyulan qurğunun keyfiyyətli yuyulmasını təmin etmək;
  • Yuyucu qurğuların səmərəli iş rejimini təyin etmək və sazlığına nəzarət etmək;
  • Sahə rəisi tərəfindən verilən aidiyyəti tapşırıqları, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

Tələblər

  • Təhsil tələbi: Ümumi orta təhsil
  • Diqqətlilik
  • Peşəkar ehtiyatlılıq