Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis ("ADY Ekspress" MMC)
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
“Azərbaycan Dəmir Yolları” QSC-dən gələn sənədləri emal etmək, qeydiyyatına nəzarət etmək;
Hər növbəti ayın 5-nə kimi əvvəlki ayın məlumatlarını daxil etmək, gəlir və xərclərdə kənarlaşmaları şərh etmək;
Maliyyə göstəriciləri üzrə proqnozlar və ssenari təhlilləri hazırlamaq;
Büdcə və hesabatlılıq proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq;
Büdcə və hesabatlıq modelinin qurulması, qrup daxili əməliyyatları aylıq üzləşdirmək;
Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan məlumatları hazırlamaq;
Hər ay təqdimat formasında şirkət üzrə xərclərin azaldılması və gəlirlərin artırılmasının manatla (AZN) ifadə olunmuş effektivliyini ölçən nümunəvi iş yükü (Task / KPI ssenarisi) cədvəllərini hazırlamaq, struktur bölmələr ilə razılaşdırmaq;
Şirkətin digər şöbələri ilə sıx əmakdaşlıq etməklə şöbə daxili işin fəaliyyət keyfiyyətini artırmaq, satışla bağlı olan məlumatları izləmək və şöbə üzrə məlumatlandırmaq;
Tələblər
- Təhsil pilləsi : Müvafiq sahə üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
- Dil bilikləri: rus dili biliyi (yaxşı səviyyədə)
- Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi
- Maliyyə hesabatlarının hazırlanması və təhlilinə dair biliklər
- Maliyyə planlaşdırılması və proqnozlaşdırmasına dair biliklər
- IFRS və ya yerli maliyyə hesabat standartları üzrə biliklər
- Büdcə və hesabatlılıq üzrə biliklər
- 1 C proqramında işləmək bacarığı
- Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı
- Detallara yüksək diqqət və dəqiqlik
- Proqnozlaşdırma
- Məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət etmə
Üstünlük hesab olunur
- İngilis dili biliyi üstünlükdür
- ACCA və ya CFA kimi beynəlxalq sertifikatlara malik olmaq və Big 4 təcrübəsinin olması üstünlükdür
Oxşar elanlar
- Junior HR AdministratorAzerbaijan SuperMarket · Bu gün
- Daxili AuditorMSolution · Bu gün
- HR üzrə mütəxəssisAzərmemarlayihə Dövlət Baş Layihə İnstitutu · Bu gün
- Proses və Məhsul Uyğunluğu üzrə MütəxəssisMİLLA DAİRY · Bu gün
- Bank ödənişləri üzrə mühasibAMOGROUP · Dünən
- Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssisSirab Satış və Dağıtım MMC · Dünən