Məzmuna keçin
Sirab Satış və Dağıtım MMC yerləşdirilib

Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Öhdəliklər:

Müəssisənin struktur bölmələrində təsdiq edilmiş prosedur və təlimatların faktiki iş prosesində tətbiqini yoxlamaq;

Prosedurlarda nəzərdə tutulmuş tələblərlə faktiki icra arasında fərqləri müəyyən etmək;

Əməkdaşların funksiyalarının faktiki icrasının vəzifə təlimatları ilə uyğunluğunu yoxlamaq,

Vəzifə təlimatlarında qeyd edilməyən, lakin faktiki yerinə yetirilən funksiyaları müəyyən etmək;

İcra olunmayan, təkrarlanan və ya digər əməkdaşların funksiyaları ilə üst-üstə düşən işləri aşkar etmək;

Biznes proseslərinin mərhələlərini təhlil edərək vaxt itkisi, artıq əməliyyatlar və səmərəsiz fəaliyyətləri müəyyən etmək;

Proseslərin optimallaşdırılması, əməliyyatların təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq;

ISO 9001 üzrə Daxili Auditlər təşkil etmək və nəticələri sənədləşdirmək;

Aşkar edilmiş problemlər üzrə təhlil və monitorinq hesabatları hazırlamaq;

Razılaşdırılmış təkmilləşdirmə tədbirlərinin icrasını və əldə edilmiş nəticələri yoxlamaq;

Monitorinq nəticələri və təkmilləşdirmə təklifləri barədə şöbə müdirinə mütəmadi hesabat təqdim etmək

Tələblər

  • Ali təhsil Biznesin idarə edilməsi
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
  • Azərbaycan dili – yaxşı
  • MS Office, xüsusilə Excel və PowerPoint üzrə yaxşı biliklər
  • Biznes proseslərinin təhlili və qiymətləndirilməsi bacarığı
  • Vəzifə funksiyalarının və iş yükünün təhlili üzrə biliklər
  • Məlumatların toplanması, təhlili və hesabatların hazırlanması bacarığı
  • Auditlər təşkil etmək və qiymətləndirmək bacarığı
  • Məsuliyyətlilik
  • Analitik düşüncə tərzli
  • Komandada işləmək bacarığı
  • Ünsiyyət qurma bacarığı
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Korporativ telefon nömrəsi və danışıq paketi

Üstünlük hesab olunur

  • Menecment və əlaqəli ixtisaslara üstünlük verilir
  • Rus və ingilis dili biliyi üstünlükdür
  • Power BI, Visio və proseslərin modelləşdirilməsi alətləri üzrə biliklər üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →