(Sədərək) Fiziki şəxslərə xidmət üzrə Kiçik mütəxəssis /Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;
İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;
Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;
İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;
İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;
Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi;
İstehlak kreditləri üzrə toplanmış sənədlərin sürətinin (skan formasında) qərarverici şəxslərə (Pərakəndə kreditlərin analizi qrupu, Risk departamentində “undewriter” və s.) göndərilməsinin təmin edilməsi;
Kreditləşmə üçün sənədlərin hazırlanması və sənədlər toplusunun yoxlanılması üçün kredit inzibatçısına təqdim edilməsi;
Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;
Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;
Müştərilərin ödəniş sənədlərinin XÖHKS, AZİPS, SWİFT sistemlərində modifikasiya edilməsi;
Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;
Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
Əməliyyat və xidmət üzrə komisiyon haqlarınının tutulması;
Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi;
Sürətli pul köçürmələri üzrə əməliyyatların həyata keçirilməsi;
Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması;
Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması;
İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi.
Tələblər
- Ali təhsil
- İş təcrübəsi - qeyd olunan sahə üzrə minimum 1 il
- Ünsiyyət qurmaq və satış bacarığı
- Riyazi biliklər
- Komandada işləmək bacarığı
Oxşar elanlar
- Bank ödənişləri üzrə mühasibAMOGROUP · Bu gün
- Debitor borcları üzrə kiçik mühasibAzerbaijan SuperMarket · Bu gün
- Direktor müavini (efir üzrə)İctimai Televiziya və Radio Yayımları Şirkəti · Dünən
- L&D AssistantHotel İndigo Baku · Dünən
- Broker Əlaqələri üzrə KoordinatorPASHA Real Estate Group · Dünən
- HR mütəxəssisOven Food Bakery · Dünən