Direktor müavini (efir üzrə)
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Gündəlik və ya həftəlik arxiv cədvəlini qəbul etmək, yoxlamaq və koordinatorlara yönləndirmək;
Efir cədvəlində anons, sosial reklamların kanalın yayım konsepsiyasına uyğun yerləşdirilməsinə nəzarət etmək;
Reklamların Azərbaycan Respublikası “Rekam yayımı haqqında qanunu”-nun tələbinə uyğun yerləşdirilməsinə nəzarət etmək;
Efir cədvəlinə daxil olunmayan və yayımdan çıxan reklamlar haqqında Kommersiya departamentinə səbəbini yazmaqla xəbərdarlıq məktubu göndərilməsinə nəzarət etmək;
Tələb olunduqda Kommersiya departamentinə növbəti günlük və ya həftəlik reklam həcmi barədə məktub göndərilməsini təmin etmək;
Növbəti günün təsdiq edilmiş proqramına uyğun – anons, sosial reklam və reklam da daxil olmaqla hazırlanmış efir cədvəlinin 17:30-dək rəhbərlik və müvafiq bölmələrə göndərilməsini təmin etmək;
Dövlət, hökümət və mədəniyyət tədbirlərinin yayımı ilə əlaqədar proqramda baş verən dəyişikliklərin icrasını operativ təmin etmək;
Efiri izləmək və yayımla bağlı rəhbərliyə operativ məlumatlar vermək;
Efir rejissor, prodüser və koordinatorları ilə daim əlaqədə olmaq və onları işin gedişində baş verən dəyişikliklər barədə məlumatlandırmaq;
Profilaktika günlərində efirin texniki vasitələrinin yoxlanılmasına nəzarət etmək;
Tələb olunduqda efirlə bağlı müvafiq hesabatlar hazırlamaq, məktublar yazmaq.
Tələblər
- Müvafiq sahədə 5 il iş təcrübəsi
- Mükəmməl Azərbaycan, İngilis və Rus dili bilikləri
- MS Office, Easy Editor, Easy On Ear və Title Box proqramlarında sərbəst işləmək bacarığı
- AR Televiziya Yayımı, AR Reklam və AR Azərbaycan dili haqqında qanunlarını bilmək
- Geniş dünya görüşünə malik olmaq
- Ünsiyyət qurma bacarığı
- İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq
Oxşar elanlar
- Broker Əlaqələri üzrə KoordinatorPASHA Real Estate Group · Bu gün
- Partnyorluq kreditləri üzrə mütəxəssisBOKT "İDEAL KREDİT" MMC · Bu gün
- İnsan Resursları üzrə təcrübəçiFacility Management Group · Bu gün
- MühasibRAMMA · Bu gün
- Assets Management Department DirectorIRES · Dünən
- Mühasib-xəzinədarGreen Tech · Dünən