Məzmuna keçin
RAMMA yerləşdirilib

Mühasib

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Öhdəliklər:

Şirkətin mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə və uçot siyasətinə uyğun aparılması;

E-qaimələrin hazırlanması və Elektron Vergi Portalı vasitəsilə təqdim edilməsi;

Hesab-fakturaların tərtib olunması və müştərilərə göndərilməsi;

Göndərilmiş e-qaimələrin uçotla tutuşdurulması;

Bank əməliyyatlarının aparılması, xarici və yerli müştərilərlə qarşılıqlı hesablaşmaların uçotu

və aktların uzlaşdırılması;

Debitor borcların izlənilməsi;

Mühasibat sənədlərinin qanunvericiliyə uyğun qruplaşdırılması, arxivləşdirilməsi və saxlanılması;

Məlumatların məxfiliyinin qorunması;

Rəhbərliyin həvalə etdiyi digər mühasibat işlərinin yerinə yetirilməsi.

İş şərtləri:

Əmək haqqı: müsahibə əsasında;

İş qrafiki: həftəiçi 5 gün, 08:30-17:30;

Ünvan: Qaradağ rayonu, Salyan şosesi 14-cü km.

Maraqlanan namizədlər öz CV-lərini M üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli
  • İxtisaslar üzrə)
  • Mühasibat sahəsində minimum 2 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyinə dair yaxşı biliklər
  • 1C, Microsoft Excel və Word proqramlarında yaxşı işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →