Məzmuna keçin
Azerbaijan SuperMarket yerləşdirilib

Debitor borcları üzrə kiçik mühasib

Maaş
700 – 1 000 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İcarəçilər üçün debitor borcları haqqında detallı hesabatların hazırlanması;

Hər gün icarəçilər üzrə bank çıxarışının yoxlanılması;

İcarəçilər üzrə şübhəli borclar üzrə ehtiyat hesabatının hazırlanması;

Ay bağlandıqdan sonra debitor borc hesabı, icarə, kommunal və depozit hesabları üzrə hesabatların hazırlanması;

İcarə üzrə yeni müqavilə şərtlərinin sistemə əlavə edilməsi;

Həftəlik B2B üzrə debitor borc hesabatının hazırlanması;

İcarə, kommunal, B2B, Bravo kart və s. üzrə invoysların və e-qaimələrin yazılması. E-tax sisteminin daxili sistemlə uzlaşdırılması;

İnvoys sənədlərinin e-mail vasitəsilə müştərilərə göndərilməsi;

Ödənişlərin ay sonuna kimi uyğun invoyslarla bağlanması;

Müraciətlər əsasında düzəlişlərin edilməsi;

Müştərilər və digər komandalardan gələn məktubların və zənglərin cavablandırılması;

Qəbzlərin möhürlənməsi və rüblük fakturaların göndərilməsi;

İcarəçilər və B2B müştəriləri illik borcların uzlaşdırılması, problemlərin həlli və üzləşmə aktlarının hazırlanması.

Tələblər

  • Mühasibat uçotu/maliyyə üzrə bakalavr dərəcəsi
  • Mühasibat uçotu üzrə fundamental biliklər (ACCA FA sertifikatı)
  • Minimum 3 aylıq mühasibatlıq təcrübəsi
  • Microsoft office, xüsusilə excel proqramlarında işləmə bacarığı
  • Möhkəm ünsiyyət, danışıq və yazı bacarıqları
  • Dəqiqlik və detallara diqqət
  • Sənədləşdirmə və qeydlərin aparılması tapşırıqlarını yerinə yetirmək bacarığı
  • Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
  • İngilis dili üzrə orta səviyyə
  • Təşəbbüskarlıq
  • Analitik düşünmə bacarıqları və tələb olunan həlləri aşkar etmək və müəyyən etmək bacarığı
  • Bütün iş tapşırıqlarında keyfiyyətə və etibarlılığa sadiqlik
  • Situasiyaları təhlil etmək, problemləri müəyyən etmək və həll yollarını tövsiyə etmək bacarığı
  • Müstəqil və komanda mühitində işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →