Menecer / Şöbə rəisi – Ticarət Maliyyələşdirilməsi və Faktorinq üzrə Satış
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Ölkənin aparıcı banklarından biri olan "Rabitəbank" ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır.
Vəzifə haqqında
Rabitəbank Ticarət Maliyyələşdirilməsi istiqamətində fəaliyyətini genişləndirir. Bu vəzifə üzrə əsas məqsəd beynəlxalq ticarət maliyyələşdirilməsi (Cross-Border Trade Finance) və Təchizat Zəncirinin Maliyyələşdirilməsi (Supply Chain Finance) məhsullarının satışını inkişaf etdirmək və yeni biznes imkanları yaratmaqdır.
Əsas vəzifələr
Korporativ və KOB müştərilərinə akkreditivlər (LC), bank zəmanətləri, faktorinq və digər ticarət maliyyələşdirilməsi məhsullarının, xüsusilə beynəlxalq əməliyyatlar üzrə satışını həyata keçirmək;
Yeni müştərilər cəlb etmək, Bankın mövcud korporativ və KOB müştəri bazasında ticarət maliyyələşdirilməsi məhsullarının satışını genişləndirmək;
Beynəlxalq əməliyyatlar və müxbir bankçılıq istiqamətində Maliyyə Təşkilatları komandası ilə sıx əməkdaşlıq etmək;
Təchizat Zəncirinin Maliyyələşdirilməsi biznesinin əvvəlcə yerli, daha sonra isə beynəlxalq səviyyədə inkişafına töhfə vermək.
Tələblər
- Bank sektorunda ticarət maliyyələşdirilməsi, korporativ/KOB satışları və ya maliyyə təşkilatları istiqamətində minimum 2 il iş təcrübəsi
- Güclü satış bacarığı
- Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək
- Müştəri yönümlü, hədəflərlə işləməyi bacaran və nəticəyönümlü olmaq
Oxşar elanlar
- Bank ödənişləri üzrə mühasibAMOGROUP · Bu gün
- Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssisSirab Satış və Dağıtım MMC · Bu gün
- MühasibAMOGROUP · Bu gün
- (Sədərək) Fiziki şəxslərə xidmət üzrə Kiçik mütəxəssis /Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssisYelo Bank ASC · Bu gün
- Biznesin İnkişafı üzrə DirektorPASHA Real Estate Group · Bu gün
- Büdcə və xərclərə nəzarət üzrə böyük iqtisadçıAzərbaycan Dəmir Yolları · Bu gün