Məzmuna keçin
Rabitəbank yerləşdirilib

Ağsu filialı üzrə Xəzinədar

Şəhər
Ağsu
İş növü
Tam iş günü

Vakansiya haqqında

Ölkənin aparıcı banklarından biri olan "Rabitəbank" ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır.

Əsas vəzifələr

Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir

Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir

Müştərilərə xəzinə xidməti göstərir

Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlayıb aidiyyatı struktura təqdim edir

Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını bankdaxili bank sisteminə daxil edir

Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul ilə təmin edir

Filialın pul anbarının açılması, bağlanması, oraya nağd pulun və digər qiymətlilərin qoyulub götürülməsini qaydalara uyğun həyata keçirir

Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir

Mərkəzi Bankın qaydalarına uyğun olaraq dövriyyəyə yararsız nağd pulun və digər qiymətlilərin dövriyyədən çıxarılmasını, dəyişdirilməsinı icra edir

Xəzinədə olan nağd pul vasitəsini bandrollaşdırır.

Tələblər

  • Bu sahə üzrə 1 il iş təcrübəsi
  • Kollektivdə işləmə bacarığı
  • Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olmaq
  • Nəzakətli, gülərüz olmaq

Üstünlük hesab olunur

  • Bank və ya kredit təşkilatlarında iş təcrübəsinə üstünlük verilir

Oxşar elanlar

Bütün Ağsu vakansiyaları →