HR üzrə mütəxəssis
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
İnsan resurslarının idarə edilməsi strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
İşə qəbul və istedadların cəlb edilməsi proseslərini müasir metodlarla təşkil etmək;
Əməkdaşların adaptasiyası (Onboarding), inkişafı və karyera planlaşdırılması proseslərini idarə etmək;
Əməyin qiymətləndirilməsi və performansın idarə edilməsi prosesinin təşkili;
Əməkdaş məmnuniyyəti, motivasiyası və təşkilata bağlılığının artırılması istiqamətində təşəbbüslər irəli sürmək;
Təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, fərdi və korporativ inkişaf proqramları hazırlamaq;
HR proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması üzrə təşəbbüslər həyata keçirmək;
Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr inzibatçılığını və sənədləşməni təmin etmək;
Müasir HR trendlərini, süni intellekt və rəqəmsal alətlərin imkanlarını iş proseslərinə inteqrasiya etmək;
Sağlam, inklüziv, əməkdaşyönümlü və yüksək performanslı iş mühitinin formalaşdırılmasına töhfə vermək.
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri
İş rejimi: 5 gün/ 09:00 – 18:00
Əmək haqqı müsahibə əsasında təyin olunacaq
AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul
Tələblər
- İnsan resurslarının idarə edilməsi, menecment və ya müvafiq sahə üzrə ali təhsil
- HR sahəsində minimum 5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktları bilmək
- Müasir HR metodologiyaları və insan kapitalının idarə edilməsi prinsipləri haqqında biliklər
- MS Office proqramları, xüsusilə Excel üzrə istifadə bacarığı
- Güclü kommunikasiya, analitik düşünmə və problem həll etmə bacarıqları
- Komanda ilə işləmək, təşəbbüskarlıq və dəyişikliklərin idarə edilməsi bacarığı
- Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək
Üstünlük hesab olunur
- Rəqəmsal HR platformaları ilə işləmək bacarığı üstünlükdür
- Süni intellekt alətlərindən və rəqəmsal texnologiyalardan səmərəli istifadə bacarığı üstünlükdür
- Azərbaycan, rus və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı olan namizədlərə üstünlük verilir
Oxşar elanlar
- Junior HR AdministratorAzerbaijan SuperMarket · Bu gün
- Daxili AuditorMSolution · Bu gün
- Proses və Məhsul Uyğunluğu üzrə MütəxəssisMİLLA DAİRY · Bu gün
- Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis ("ADY Ekspress" MMC)Azərbaycan Dəmir Yolları · Bu gün
- Bank ödənişləri üzrə mühasibAMOGROUP · Dünən
- Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssisSirab Satış və Dağıtım MMC · Dünən