Məzmuna keçin
MİLLA DAİRY yerləşdirilib

Proses və Məhsul Uyğunluğu üzrə Mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri

Uyğunsuzluqlar zamanı analitik məlumatların toplanması, istehsalat parametrlərinin təhlili və kənarlaşmaların kök səbəblərinin müəyyən edilməsi.

Müştəri və daxili bazar şikayətləri üzrə şikayət edilən partiyanın istehsal parametrlərinin, izləniləbilənlik qeydlərinin və şahid nümunələrinin araşdırılması, QA hesabatının hazırlanması.

Anbar sahələrinin və anbardakı məhsulların temperatur fərqlərinin müəyyənləşdirilməsi və mütəmadi monitorinqi.

Uyğunsuz anbar şəraitinin məhsulun raf ömrünə təsirinin izlənilməsi və qiymətləndirilməsi.

Xammal, yarımfabrikat, hazır məhsul və sərf materialı anbarlarında saxlanma rejiminin və FIFO prinsiplərinin mütəmadi audit edilməsi.

Texnoloji rejimlərin standart əməliyyat prosedurlarına uyğunluğunun yoxlanılması.

İş şəraiti

İş qrafiki: 5 günlük, 08:30–17:30

Vakansiya növü: Tam ştat

Təklif olunan imkanlar

Qidalanma

Servis xidməti

Mobil nömrə ilə təminat

“Dəyərlisən” PASHA Loyalty proqramına üzvlük

Kompüterlə təmin edilmə

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Proses və Məhsul Uyğunluğu üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Tələblər

  • Qida mühəndisliyi, Kimya mühəndisliyi, Biomühəndislik və ya müvafiq texniki sahələr üzrə ali təhsil
  • Proses kontrolu üzrə istehsalat təcrübəsi
  • Süd və ya qida sənayesi sahəsində Keyfiyyətə Nəzarət, Keyfiyyətin Təminatı və ya istehsalat üzrə minimum 2–3 il iş təcrübəsi
  • Süd və süd məhsulları istehsalının texnoloji prosesləri və mass-balance hesablama metodologiyası üzrə biliklər
  • Qida təhlükəsizliyi idarəetmə sistemləri (FSSC 22000, HACCP) və milli qanunvericilik standartları üzrə biliklər
  • Kök Səbəb Analizi (RCA – 5 Why, Fishbone) və Data Analitikası bacarıqları
  • Analitik təfəkkür, detallara diqqət və çarpaz şöbələrlə (İstehsalat, Mühəndislik, Anbar, R&D) effektiv kommunikasiya qurmaq bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →