Operativ texniki hesablama mərkəzinin operatoru

İşin təsviri

  • Uçotun növünə uyğun hesablamaları aparmaq, müvafiq hesabatları, siyahıları və məlumatları qeydiyyat jurnallarına daxil etmək;
  • Lokomotiv briqadalarının marşrut vərəqələrinə əsasən görülmüş işlər barədə məlumatları hesabat proqramına daxil etmək və qüvvədə olan tariflər əsasında hesablamaları aparmaq;
  • Marşrut vərəqələrinin qeydiyyatını aparmaq və müvafiq rəhbər şəxsə təqdim etmək;
  • Depo növbətçisinin stolüstü jurnalı əsasında lokomotivlərin təmirinə dair məlumatların uçotunu aparmaq;
  • Lokomotivlərin elektrik enerjisi və yanacaq sərfiyyatını qeydiyyata almaq və uçotunu aparmaq;
  • Operativ uçot işlərini həyata keçirmək və müvafiq məlumatların düzgünlüyünü təmin etmək.

Tələblər

  • Ümumi təhsil;
  • Uçot işinin aparılması üzrə biliklər;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
  • Məsuliyyətlilik, keyfiyyət yönümlülük, intizamlılıq.