İşin təsviri
- Müəyyən edilmiş qaydalara uyğun olaraq nağd pul vəsaitlərinin qəbulunu, verilməsini və hesablanmasını həyata keçirmək.
- Poçt-maliyyə xidmətləri çərçivəsində həyata keçirilən pul köçürmələri, ödənişlər və digər kassa əməliyyatlarını müvafiq prosedurlara uyğun icra etmək.
- Müvafiq səlahiyyətlər və daxili prosedurlar çərçivəsində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək.
- Kassa əməliyyatlarını müvafiq informasiya sistemində qeydiyyata almaq və əməliyyat məlumatlarının düzgünlüyünü təmin etmək.
- Kassa əməliyyatları üzrə mədaxil və məxaric sənədlərini düzgün rəsmiləşdirmək, müvafiq qeydləri aparmaq və hesabatları hazırlamaq.
- İş günü ərzində kassa qalığına nəzarət etmək, günün sonunda faktiki və sistem üzrə qalıqların uyğunluğunu yoxlamaq.
- Nağd pul vəsaitlərinin təhlükəsiz saxlanılmasını, kassa intizamına və müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Müştərilərə göstərilən xidmətlər və əməliyyatların icra qaydaları barədə düzgün məlumat vermək, müraciətləri nəzakətlə cavablandırmaq.
- Əməliyyatlar zamanı yaranan uyğunsuzluqlar, səhvlər və şübhəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək.
- Müştəri məlumatlarının məxfiliyini qorumaq, daxili qaydalara və qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etmək.
Tələblər
· Ali və ya orta ixtisas təhsili. Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və bank işi üzrə təhsilə üstünlük verilir.
· Kassir, xəzinədar, bank əməliyyatları və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır.
· Nağd pul vəsaitlərinin hesablanması, kassa əməliyyatları və müvafiq sənədləşmə üzrə ilkin biliklər.
· Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı.
· Riyazi hesablamaları düzgün və operativ aparmaq bacarığı.
· Kompüter və ofis proqramlarından, xüsusilə MS Excel-dən istifadə bacarığı.
· Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət hissi.
· Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı.
· Məxfilik, dürüstlük və daxili prosedurlara riayət etmək prinsiplərinə sadiqlik.