İşin təsviri
- Post ərazisində bütün manevr işlərinin təhlükəsiz və fasiləsiz icrasını təmin etmək, qatarların qəbul və yola salınmasını təşkil etmək;
- Nəzarət cihazlarının göstəricilərinə əsasən marşrutların düzgün hazırlanmasına nəzarət etmək, uyğunsuzluqlar aşkar edildikdə operativ tədbirlər görmək və nasazlıqları qeydiyyata alaraq stansiya növbətçisini məlumatlandırmaq;
- Stansiya yollarında qatar və vaqonların Texniki Sərəncam Aktına uyğun olaraq tormoz başmaqları ilə etibarlı şəkildə bərkidilməsini təmin etmək;
- Stansiya yollarında dayanan hərəkət heyətinin hüdud sütuncuqlarından kənara çıxmamasına nəzarət etmək;
- Manevr heyətinə hərəkət göstərişi verməzdən əvvəl marşrut üzrə yoldəyişənlərin düzgün vəziyyətdə olmasını yoxlamaq;
- Siqnal ləvazimatlarının, inventarın və alətlərin tamlığına və yerində olmasına mütəmadi nəzarət etmək;
- Yoldəyişənlərin vəziyyətini, post rayonunda yerləşən hərəkət heyətini və tormoz başmaqlarının düzgün bərkidilməsini yoxlayaraq təhlükəsizliyi təmin etmək.
Tələblər
- Ümumi təhsil;
- Növbəli iş rejimi;
- Dəmir yollarının Texniki İstismar Qaydaları, İşarəvermə Təlimatı, Qatarların hərəkəti və manevr işinə dair təlimatına əsaslanan nəzəri biliklər;
- Tormoz başmaqları istismarı və saxlanma qaydaları üzrə biliklər;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
- Məsuliyyətlilik, keyfiyyət yönümlülük, intizamlılıq.