İşin təsviri
- İnnovasiya proqramlarının vahid platforma üzrindən tətbiqi prosesində əməliyyat dəstəyinin göstərilməsi;
- Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda startapların iştirakı üçün güzəşt mexanizmlərinin tətbiqi prosesində iştirak etmək;
- Açıq məlumatlar portalına məlumatların daxil edilməsi və yenilənməsi proseslərinin dəstəklənməsi;
- Startap ekosisteminin inkişafı üçün İKT infrastrukturunun gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak;
- Əməliyyat proseslərinin sənədləşdirilməsi, standartlaşdırılması və təkmilləşdirilməsi;
- Daxili və xarici maraqlı tərəflərlə əlaqələndirmə işlərinin aparılması;
- Rəhbərliyin tapşırığı ilə şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (İKT, biznes idarəetməsi, iqtisadiyyat və ya əlaqəli sahələrdə);
- Sahə üzrə minimum 1 il iş stajı (əməliyyat, layihə koordinasiyası, İKT və ya əlaqəli sahədə);
- Rəqəmsal platformalar və İKT alətləri ilə işləmə bacarığı;
- Sənədləşdirmə, hesabat hazırlama və məlumat idarəetmə bacarıqları;
- Komanda işi, ünsiyyət və təşəbbüskarlıq;
- Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə.