İşin təsviri
- ADY-yə məxsus bütün proqramların sabit və daimi işləməsini təmin etmək, yaranan nasazlıqları aradan qaldırmaq;
- ADY-nin İT infrastruktur komponentlərinə dəstək verən qrup daxilində çalışmaq;Yeni işə qəbul olunmuş əməkdaşları xüsusi yazılmış proqramlarla təmin etmək;
- Yeni tətbiqi proqramların komputerlərə yüklənməsinə və işə salınmasına yardımçı olmaq;
- ADY-nin bölməyə həvalə edilmiş bütün ERP sistemlərinin quraşdırımasını təmin etmək;
- Razılaşdırılmış vaxt hüdudları daxilində Servicedesk -ə daxil olan müraciətəri cavablandırmaq və həll etmək;
- Hər hansı tapşırığın icrası tam başa çatdırılna qədər onun üzərində fasiləsiz surətdə işləmək və ya məqsədəuyğun olduqda, bunu üçüncü tərəflərə həvalə etmək;
- Bir neçə həll olunmamış məsələni vaciblik dərəcəsinə görə təsnif etmək və onları ardıcıl olaraq etmək;
- Texniki dəstək şöbəsinin kurasiyasında olan proqram təminatlarında yaranan nasazlığa dərhal reaksiya vermək və xidmət pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.
Tələblər
- İnformasiya texnologiyaları, kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil.
- Proqramların və ya sistemlərin işləmə prinsipləri, funksiyaları və həll yolları haqqında nəzəri-praktiki biliklər;
- Dil bilikləri: Rus, ingilis orta;
- Dəstək platformaları, məlumat bazaları və sair kimi texnoloqiyalar haqqında nəzəri-praktiki biliklər;
- Windows OS, Apple İOS, Android OS haqqında biliklər;
- Remote control Software ilə işləmək bacarığı;
- Nəticəyönümlülük;
- Analitik düşüncə;
- Müştəri yönümlülük.