İşin təsviri
- Qarşılıqlı əməkdaşlıq sahəsində şöbəyə daxil olan məlumatları təhlil etmək və təklif hazırlamaq
- Xarici ölkələrin analoji qurumları ilə rəsmi və işgüzar yazışmaların, danışıqların aparılmasında iştirak etmək
- İş bölgüsünə əsasən icrasına verilmiş sahələr üzrə ikitərəfli və çoxtərəfli komissiyaların və işçi qruplarının sənədlərini hazırlanmaq və aidiyyəti üzrə təkliflər vermək
- Digər ölkələrin dəmir yolu fəaliyyəti ilə bağlı qarşılıqlı əlaqələri yaratmaq, beynəlxalq təcrübəni araşdırmaq və lazımi arayış, tezis və məlumatları hazırlamaq
- Beynəlxalq və regional çərçivədə təşkil olunan tədbirlərdə iştirak etmək, əldə olunmuş təcrübənin tətbiqi ilə bağlı təkliflər hazırlamaq
- Digər ölkələrin dəmir yolu administrasiyaları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görülməsində iştirak etmək
- ADY-nin fəaliyyəti ilə əlaqədar olaraq beynəlxalq layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək
- Beynəlxalq sənədlərin (memorandum, saziş, protokol və s.) layihələrinin hazırlanmasında iştirak etmək;
- ADY-nin fəaliyyətinə uyğun olaraq beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlığın qurulmasına və mövcud əməkdaşlığın genişləndirilməsinə dair təkliflər vermək
- İş bölgüsünə əsasən icrasında olan sahələr üzrə müvafiq işçi qruplarının işində iştirak etmək
- Dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli və çoxtərfli çərçivədə beynəlxalq sənədlərə (saziş, konvensiya və s.) qoşulmağa dair təkliflərin verilməsində iştirak etmək
- İkitərəfli və çoxtərəfli çərçivədə yol xəritələrinin, fəaliyyət və tədbirlər planlarının hazırlanmasına dair təkliflərin verilməsində iştirak etmək
- Dəmir yolu nəqliyyatının fəaliyyəti ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni araşdırmaq və aidiyyəti üzrə struktur bölmələrin hazırlanmış materiallarla tanış olmasını təmin etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə)
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
- Dil bilikləri: Yüksək səviyyədə ingilis dili və rus dili biliyi (danışıq və yazı bacarığı) üstünlükdür
- Azərbaycan Respublikasinin Konstitusiyası üzrə biliklər
- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanunu üzrə biliklər
- Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
- “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
- Dəmir yolu sahəsində qəbul olunmuş qanunvericilik aktları və Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunan beynəlxalq sənədlər (konvensiya, memorandum, saziş, protokol və s.) üzrə biliklər
- “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları üzrə biliklər
- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” üzrə biliklər
- Azərbaycanın müvafiq sahədə xarici siyasətinin əsas istiqamətləri barədə ümumi biliklər;
- Yazılı ünsiyyət və şifahi ifadə
- Məlumatların idarə edilməsi
- Təşkilatçılıq
- Diqqətlilik